RU

"Fənərbağça" Avropa Liqasında "Alkmar"a məğlub oldu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Avropa Liqasının ümumi mərhələsinin IV turunun "AZ Alkmar" - "Fənərbağça" oyunu başa çatıb.
Oxu.Az xəbər verir ki, meydan sahiblərindən Ro-Zancelo Daal, Kes Smit və Denso Kasius hərəyə bir qol vurublar. Türkiyə klubunun heyətində Yusif Ən Nəsiri fərqlənib. Mərakeşli 62-ci dəqiqədə penaltini də qaçırıb - 3:1.
"Fənərbağça" yeni turnir formatında ilk məğlubiyyətini qazanıb. Klub bu günə kimi "Union"a qalib gəlib (2:1), "Mançester Yunayted" (1:1) və "Tvente" ilə heç-heçə edib (1:1).
Избранный
34
29
oxu.az

10Источники