RU

İntellektual siçovul: Yüzlərlə suala düzgün cavab verdi

Rusiya alimləri dünyada ilk dəfə beyninə süni intellekt implantasiya olunan laboratoriya siçovulu yaradıblar. 

Bizim.Media Rusiya mətbuatına istinadla xəbər verir ki, Neiry biotexnoloji laboratoriyası və Moskva Dövlət Universitetinin alimlərinin birgə hazırladıqları “Pifiya”nın beyninə süni intellektə malik invaziv sinir interfeysi yerləşdirilib.
 

”Pifiya” beyinin elektrik stimulyasiya ilə ona verilən şifahi suallara “hə”, “yox” cavabı verə bilir. Eləcə də, bu unikal siçovul fizika, tarix və neyrofiziologiya ilə bağlı istənilən sualı cavablamağı bacarır.

Sınaq zamanı o, kainat obyektləri, beyinin mielin qatı, Python - proqramlaşdırma dili və Albert Eynşteynlə bağlı yüzlərlə elmi suala düzgün cavab verib.

“Neiry”nin baş direktoru Aleksandr Panov bildirib ki,  bu, onların “İntuisiya” layihəsinin növbəti mərhələlərindən biridir: 

“Pifiya  istənilən ifadənin doğru və ya yalan olduğunu hiss edə və ya ona verilən testdə hansı cavabın doğru olduğunu intuitiv şəkildə anlaya bilir. O, insan fəaliyyətinin səmərəliliyini artırmağa ciddi yardım edəcək. Bəşəriyyətin təkamülünün səmərəliliyə doğru irəlililədiyini nəzərə alsaq, bu layihə onun daha bir pilləyə qalxmasına yardımçı olacaq”.

Nilay, Bizim.Media

Избранный
32
bizim.media

1Источники