RU

Türkmənistanda 8 Noyabr - Zəfər Günü qeyd edilib

8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycanın Türkmənistandakı səfirliyində tədbir keçirilib.

Bu barədə "Report"a Azərbaycanın Türkmənistandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, tədbirdə çıxış edən Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov əvvəlcə xalqımıza bu Qələbəni bəxş edən, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi yolunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini yad edib. Səfir ölkəmizin Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında, qəhrəman Azərbaycan Ordusunun şücaəti sayəsində 44 günlük Vətən müharibəsi ilə beynəlxalq birlik tərəfindən tanınmış sərhədləri daxilində öz ərazi bütövlüyünü və suveren hüququnu bərpa etdiyini, hazırda Azərbaycanın bütün suveren ərazisində dövlət bayrağımızın dalğalandığını vurğulayıb.

Diplomat işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işləri, ərazilərə həyata keçirilən böyük qayıdış, habelə bugündə təhdid olaraq davam edən mina təhlükəsinə toxunub. Hazırda Azərbaycanın Cənubi Qafqazda sülhün təmin olunması istiqamətində təşəbbüslər göstərdiyini, Azərbaycanın Ermənistana hər iki ölkənin ərazi bütövlüyünü və sərhədlərini tanıyan sülh sazişi təklif etdiyini, hazırda sazişin əsas maddələrinin razılaşdırıldığını diqqətə çatdırıb. Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının, həmçinin sərhədlərin delimitasıya prosesinin davam etdirildiyini bildirib. Regionda münaqişənin başa çatması ilə ilk növbədə nəqliyyat-kommunikasiya sektorunda yeni əməkdaşlıq imkanlarının yarandığını və bu imkanların təkcə Cənubi Qafqaz üçün deyil, həm də bütün regionun maraqlarına xidmət edəcəyini deyib.

Azərbaycanla Türkmənistan arasındakı ikitərəfli münasibətlərə toxunan səfir, iki ölkənin enerji sahəsində mühüm layihələr həyata keçirdiyini, hər iki ölkədə iqlim dəyişikliyi və alternativ enerji ilə bağlı önəmli işlər görüldüyünü, 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğunu qeyd edib. Bu ilin noyabr ayında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) və bu çərçivədə 12-13 noyabr 2024-cü ildə baş tutacaq Liderlər Sammitinin Azərbaycanda keçirilməsinin ölkəmizin dünya birliyi tərəfindən etibarlı tərəfdaş dövlət kimi tanınmasının əyani sübutu olduğunu vurğulayıb.

Daha sonra Türkiyə, Qazaxıstan, Qırğızıstanın Türkmənistandakı səfirləri, eləcə də Özbəkistanın müvəqqəti işlər vəkili çıxış edərək, Zəfər Günü ilə bağlı təbriklərini çatdırıblar.

Избранный
38
9
far.az

10Источники