RU

Aİ liderləri Ukraynanın hərbi təlim missiyasını iki il uzadıb

Budapeştdə keçirilən sammitdə Avropa İttifaqı (Aİ) liderləri Ukrayna üçün hərbi kadrların hazırlanması üzrə missiyanın müddətini iki il uzadıblar.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avropa İttifaqının bəyanatında deyilir.

Məlumata görə, Ukraynanın hərbi təlim missiyası üçün 409 milyon avro ayrılıb.

Qeyd edilib ki, Avropa Şurası Aİ-nin Ukraynaya Hərbi Yardım Missiyasının mandatının daha iki il müddətinə, 2026-cı il noyabrın 15-nə qədər uzadılması qərarını təsdiqləyib və ona 409 milyon avro büdcə ayırıb.

 

Gözəl Həşimova

Избранный
47
iqtisadiyyat.az

1Источники