Sabirabadda və Göyçayda fərqli yaşayış evlərində yanğın baş verib.
Bu barədə APA-ya FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Sabirabad rayonunun Hacıbəbir kəndində ümumi sahəsi 180 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün taxta atmaları 20 m² sahədə yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Göyçay rayonunun Bığır kəndində isə ümumi sahəsi 120 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.