RU

Avtomobillərlə təhlükəli manevrlər edən bir qrup veteranın əməllərinin qarşısı alınıb

Noyabrın 8-də paytaxtın Yasamal rayonu ərazisində bir qrup veteranın avtomobillərlə sərxoş vəziyyətdə təhlükəli hərəkətlərinin qarşısı qabaqlayıcı tədbirlərlə alınıb.

DİN-in Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyev APA-nın sorğusuna cavab olaraq bildirib ki, onlar dövlət qeydiyyat nişanı olmayan avtomobillərlə təhlükəli manevrlər etməklə insanların həyat və sağlamlığına real təhlükə yaradıblar. Həmin şəxslərə hər hansı təzyiq olması iddiaları əsassızdır, polis əməkdaşları həmişə onlara hörmətlə yanaşıb və yanaşacaqdır.

Hazırda həmin şəxslərlə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq profilaktik tədbirlər görülür.

Избранный
62
2
apa.az

3Источники