RU

Bakıda zəncirvari qəzada xəsarət alanların vəziyyəti açıqlanıb

Bakıda iki gün əvvəl baş verən zəncirvari qəzada xəsarət alanların son durumları açıqlanıb.

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) APA-ya verilən xəbərə görə, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 07.11.2024-cü il tarixində saat 11:00-da Xəzər rayonu ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub.

Qeyd olunub ki, çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub, 4 nəfər (kişi cinsli) müştərək travmalarla Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

1993-cü il və 1979-cu il təvəllüdlü hər iki şəxsə qapalı kəllə-beyin travması, 1979-cu il təvəllüdlü şəxsə bol-oma nahiyəsinin qapalı travması, 1966-cı il təvəllüdlü şəxsə isə bel-omanın əziyi diaqnozları ilə zəruri tibbi yardımlar göstərilib.

Vəziyyətləri stabil qiymətləndirilən şəxslər öz istəkləri ilə özəl tibb müəssisəsinə təxliyə olunublar.

Bildirilib ki, hadisə nəticəsində 1 nəfərin (kişi cinsli) həkiməqədər ölümü faktı qeydə alınıb.

Mənbə: oxu.az

Избранный
32
4
oxu.az

5Источники