RU

Qərb Ukrayna münaqişəsindən təngə gəlib - Britaniyalı politoloq Modern.az-a DANIŞDI

Son həftələrdə Gürcüstanda və Moldovada seçkilər keçirilib.

Artıq Gürcüstanda parlament seçkilərində səslərin sayılması prosesi başa çatıb. Mərkəzi Seçki Komissiyası (MSK) məlumatına görə, 3 111 məntəqədən 3 110-nun bülletenlərinin nəticələrinə əsasən hakim “Gürcü Arzusu” Partiyası 53,92 % səs toplayıb.

Dörd müxalifət partiyası cəmi 37,78 % səs yığa bilib. Onlardan “Dəyişiklik Koalisiyası” 11,04 %; “Vahidlik – Milli Hərəkat” 10,16 %; “Güclü Gürcüstan” 8,81 %; “Qaxariya - Gürcüstan naminə” Partiyası isə 7,77 % səs toplayıb.

Beləliklə “Gürcü Arzusu” Partiyası yenidən qələbəni təmin edib.

Prezident Salome Zurabişvili isə seçkilərin nəticələrini tanımadığını bildirib, müxalifət də parlamentin işində iştirak etməyəcəklərini bəyan edib.


Moldovada isə hazırkı Prezidenti Mayya Sandu noyabrın 3-də keçirilən prezident seçkilərinin ikinci turunda qalib gəlib.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Mayya Sandu 55,41 faiz, onun rəqibi, Moldovanın sabiq baş prokuroru Aleksandr Stoyanoqlo isə 44,59 faiz səs toplayıb.

Moldovada keçirilən seçkilərdə 1 milyon 679 min 293 seçici iştirak edib. Seçkidə iştirak səviyyəsi 54,31 faiz olub.

Müxalifətin Sosialistlər partiyasının namizədi Aleksandr Stoyanoqlo məğlubiyyətini etiraf edərək, verdikləri dəstəyə görə tərəfdarlarına təşəkkür edib.

Mayya Sandu Moldova daxilində keçirilən seçkilərdə 48,81 faiz, Aleksandr Stoyanoqlo isə 51,19 faiz səs toplayıb. Müxalifətin təmsilçisi Qaqauz muxtariyyətində 97 faiz, Dnestryanı bölgədə isə təxminən 80 faizə yaxın səs toplayıb.

Ölkənin hazırkı Prezidenti rəqibinə xarici ölkələrdə keçirilən səsvermə sayəsində qalib gəlib. Xaricdə yaşayan və seçkilərdə iştirak edən 328 min 877 moldovalı ümumi seçicilərin 20 faizindən çoxunu təşkil edir və onların 270 mindən çoxu (83 faizi) Mayya Sanduya səs verib.
 

Britaniyalı politoloq Neil Uatson Modern.az-a bildirib ki, Gürcüstanda və Moldovadakı seçki nəticələri regional hadisələrə təsir edir:
 

“Gürcüstandakı hadisələr Avropapərəst, anti-rus azlığının zövqünə uyğun deyil. Ölkədə hələ də potensial var. Lakin yaxın tarix və Ermənistanın son dövrlər təcrübəsi göstərir ki, Qərbə inteqrasiya asan məsələ deyil, amma bunun nəticələri də var. Belə ki, Moldovada olan seçkilər də bunu bir daha sübut etdi.
Bu il dünyanın bir çox ölkəsində seçkilər keçirildi. Həmin seçkilər ölkələrin bundan sonrakı taleyini müəyyənləşdirir. Gürcüstan və Moldovadakı seçkilər dövlətlərin tutduğu yolu bir daha aydın göstərdi.

Ukraynanın başına gələcəklər isə ABŞ-da keçirilən seçkilərin nəticəsindən asılıdr. Aydındır ki, Kiyev müharibədə uduzur və ərazi baxımından dayanıqsız itkilər verir. Amerikadakı seçkilər Ukraynaya, eyni ilə bütün regionlara təsir edəcək.

Qərb Yaxın Şərqdəki ciddi vəziyyətlə məşğuldur və Ukrayna münaqişəsindən təngə gəlib. Dəstəyi yalnız ABŞ və Avropadakı elita təmin edir. Tramp bunu neytrallaşdıra bilər. Gürcüstandakı seçkilərə də bu reallıqlar təsir edir”.

Избранный
33
modern.az

1Источники