RU

Milli birliyimiz, həmrəyliyimiz, diaspor quruculuğu və lobbiçilik olduqca vacibdir - TƏHLİL

Nailiyyətlərin, uğurların, qələbələrin, zəfərin əldə edilməsində məhz diaspor quruculuğunun, lobbiçiliyin, həmrəyliyin böyük rolu olduğuna zərrə qədər də şübhə yoxdur. Milli birliyin, dünya azərbaycanlılarının həmrəyliyinin xalqımız üçün, bütövlükdə Azərbaycan üçün xüsusilə önəmli olması fonunda diasporların fəaliyyətinin nə dərəcədə əhəmiyyətli olduğu artıq bəllidir. Diasporların fəaliyyətinin, lobbiçiliyin məhz milli birliyə, həmrəyliyə xidmət etməsi də bir daha təsdiq edir ki, diaspor quruculuğu və lobbiçilik olduqca vacibdir.

Tarixi faktar sübut edir ki, milli birliyi, həmrəyliyi təmin edən, bununla da öz xalqına qələbələr, zəfərlər, uğurlar bəxş edən şəxsiyyətlər heç zaman unudulmurlar. Məhz milli birlik və həmrəylik sayəsində öz xalqını birləşdirən, güclü, qüvvətli, qüdrətli edən sərkərdələr, dövlət başçıları rəhbərlik etdikləri ölkənin, xalqın qalib olaraq tanınmasına nail olublar. Bəşər tarixində belə ölkə rəhbərlərinin öz ölkələri üçün hansı nailiyyətlər qazandığı barədə kifayət qədər faktlar, dəlillər var və bununla bağlı yetərincə nümunələr göstərmək olar. Amma bizim üçün ən böyük nümunə məhz Ümummilli Lider Heydər Əliyevin xalqımızın birliyini, həmrəyliyini təmin etməsi ilə uğurlarımızın, nailiyyətlərimizin, qələbələrimizin əsasını qoyması və Ulu Öndərin layiqli davamçısı, cənab Prezident İlham Əliyevin məhz milli birliyimizi, həmrəyliyimizi daha da möhkəmləndirərək qələbələrə, Zəfərə imza atması hesab olunur. Təkcə biz deyil, bütün dünya ictimaiyyəti qəbul edir ki, həm Ulu Öndər Heydər Əliyev, həm də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyev xalqına, ölkəsinə milli birliyə, həmrəyliyə nail olmaqla, qələbələr, zəfərlər bəxş edən tarixi şəxsiyyətlərdirlər.

Milli birliyin, həmrəyliyin olmamasının nələrə, hansı faciələrə, hansı fəlakətlərə, hansı uğursuzluqlara səbəb olduğunu da bilirik. Yaxşı bilirik ki, ötən əsrin sonlarında, Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdiyi dönəmdə səriştəsiz, həmrəyliyin mahiyyətini belə başa düşə bilməyən hakimiyyət məhz milli birliyimizə nail ola bilmədiyi üçün xalqımızın da, ölkəmizin də böyük uğursuzluqlarına, itgilərinə, hətta faciələrinə səbəb oldular. Onlar məhz milli birliyə, həmrəyliyə nail ola bilmədikləri üçün Azərbaycan torpaqlarının 20 faizi işğala məruz qaldı, işğal edildi, şəhərlərimiz, kəndlərimiz, yaşayış məntəqələrimiz dağıdıldı, viran edildi və erməni vandallarının vəhşiliklərinin qurbanı olan saysız-hesabsız vətəndaşlarımız həlak oldular, əsir düşdülər. Hətta bir milyondan artıq vətəndaşımız 30 ilə yaxın, az qala əsrin üçdə-birinə yaxın müddətdə məcburi köçkun olaraq yaşamaq məcburiyyətində qaldı. Həmin dövrdə hakimiyyətə gələn səriştəsizlər və öz mənafeyini hər şeydən üstün tutan hakimiyyətdə oturanlar xalqımızın birliyinə, milli birliyə, həmrəyliyə nail ola bilmədilər, əksinə, boyük qarışıqlığın, xaosun yaranmasına zəmin yaratdılar, ölkəmizi parçalanma, dağılma, vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoydular. Yaxşı xatırlayırıq ki, ayrı-ayrı bölgələrdə baş qaldıran xainlər düşmənlərimizin dəyirmanına su tökməyə başladılar, xalqımızın parçalanması üçün bütün mümkün əməllərə əl atdılar və bunu da müşahidə edən azğın düşmən, öz xəyanətkar və fitnəkar xislətinə sadiq qalaraq, çirkin niyyətlərini reallaşdırmaq üçün münbit şərait yarandığı qənaətinə gələrək ərazilərimizə soxuldular. Məhz milli birliyin, həmrəyliyin olmaması səbəbindən düşmənə qarşı layiqincə birləşməyi təmin etmək alınmadı və erməni vandalları, işğalçılar öz məqsədlərinə nail oldular və yaxşı bilirik ki, birliyimiz, həmrəyliyimiz olmamasına görə çox böyük itgilər verməli olduq. Təkcə bu tarixi fakt həmrəyliyin, milli birliyin nə dərəcədə əhəmiyyətli, nə dərəcədə vacib olduğunu təsdiq edir.

Unutmaq olmaz ki, artıq işğaldan azad edilən ərazilərimizi də məhz milli birliyimiz, həmrəyliyimiz, xalqımızın bir olması sayəsində elə on illər boyu düşmən tapdağı altında qalan ərazilərimizi geri qaytardıq və məhz bu birliyi təmin edən Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin həmrəyliyimizə arxalanaraq göstərdiyi qətiyyət, siyasi iradə, Azərbaycan Ordusunun şücaəti, raəşadəti ilə süverenliyimiz, müstəqilliyimiz bütün ərazilərimiz boyu təmin edildi. Düşməni vətən torpağından məhz birliyimiz sayəsində qovduq və ötən əsrin sonlarında, yəni, həmrəyliyimizin olmadığı dövrdə işğala məruz qalan torpaqlarımızı məhz xalqımızın tarixi şəxsiyyətlərinin milli birliyimizi təmin etməsi ilə işğaldan azad etdik. Deməli, milli birliyimizin, həmrəyliyimizin nə qədər vacib, önəmli olduğu artıq zərrə qədər də şübhə doğura bilməz.

Əlbəttə ki, 44 günlük müharibə dönəmində ölkəmizin daxilində olan birlik və həmrəyliklə yanaşı, Azərbaycanın hüdudlarından kənarda olan həmvətənlərimizin də həmrəyliyinin, birliyinin şahidi olduq. Etiraf etmək lazımdır ki, həmvətənlərimizin bu həmrəyliyinin olduqca vacib olduğunu da gördük. Gördük və əmin olduq ki, ölkəmizə qarşı düşmənçilik niyyətli kənar qüvvələrin də qarşısına məhz dünyanın müxtəlif ölkələrində məskunlaşan, yaşayan həmvətənlərimiz çıxması çox vacib məqamdır. Dünyanın müxtəlif ölkələrində illər boyu təşkilatlanan ermənilərin, eləcə də erməni təəssübkeşlərinin xalqımızın haqlı, ədalətli mübarizəsinə, ölkəmizin öz torpaqlarını işğaldan azad etmək uğrunda apardığı müqəddəs amala, mübarizəyə mane olmaq, onun qarşısını almaq üçün hər əmələ əl atdıqları dönəmdə onların qarşısına məhz xaricdə məskunlaşan azərbaycanlıların çıxmaları, onları susdurmaları tam yerinə düşmüş oldu. Çünki bizim haqlı mübarizəmizə, müqəddəs amal uğrundan gedən mübarizəyə kimlərinsə burun soxmalarının ən azından qarşısının alınması üçün vacib şərt oldu və təkcə ermənilər yox, elə ermənipərəstlər də, erməni təəssübkeşləri də öz hesablarını götürdülər. Başa düşdülər və bildilər ki, bizim birliyimiz, həmrəyliyimiz sarsılmazdır və bunun qarşısında özləri acizdirlər. Əmin oldular ki, xalqımızın milli birliyi, həmrəyliyimiz bizi ancaq qələbələrə aparacaq və bunun qarşısını almaq mümkünsüzdür. Düməli, düşmənlərimiz belə milli birliyimizin, həmrəyliyimizin nə dərəcədə vacib olduğunu anladılar və məğlubiyyətləri ilə barışdılar, aciz olduqlarını qəbul etdilər.

Sözsüz ki, ölkəmizin hüdudlarından kənarda da həmvətənlərimizin, milli birliyimizin olmasının vacibliyi qəbul edildiyi kimi, məhz birliyimizin diaspor quruculuğu, lobbiçilik sayəsində möhkəmləndiyi də danılmazdır. Təsadüfi deyil ki, hələ müstəqilliyimiz yenicə bərpa edildiyi dönəmdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev xarici səfərləri zamanı həmvətənlərimizlə görüşdüyündə onlara ən böyük tövsiyyəsi öz aralarında əlaqələrini möhkəmləndirmək, birlik yaratmaq, təşkilatlanmaq olub və bu baxımdan da cəsarətlə deyə bilərik ki, diaspor quruculuğunun əsasını da elə məhz Ümummilli Lider Heydər Əliyev qoyub. Sözsüz ki, Ulu Öndərin əsasını qoyduğu diaspor quruculuğa, lobbiçiliyə bu gün ölkə rəhbərimiz, cənab Prezident İlham Əliyev tərəfindən böyük dəstək var və xüsusi qayğı, xüsusi diqqət göstərilir. Xatırladaq ki, erməni diasporları, lobbiləri, təşkilatlanmış ermənilər bu vaxta qədər hələ də Ermənistana yardımlar etdiləri halda, Azərbaycan dövləti özü diasporlarımızın fəaliyyətinə yardım edir, dəstək olur, maliyyələşməsində belə kənarda qalmır və təkcə bu fakt dövlətimizin, dövlət başçımızın diasporlarımıza, lobbilərimizə diqqət və qayğısını təsdiq edir.

Bəli, döyüş meydanında mübarizə başa çatsa da informasiya müstəvisində, deyərdik ki, informasiya cəbhəsində mübarizə hələ də davam edir. Bu mübarizənin hələ nə qədər davam edəcəyi də bəlli deyil və bunu proqnozlaşdırmaq da mümkünsüzdür. Çünki hələ də bizə, xalqımıza, Azərbaycana məxsus olan dəyərlərə sahib çıxmaq istəyənlər var və biz onlarla eyni coğrafiyadayıq. Buna görə də mübarizəyə, özü də hər istiqamətdə mübarizəyə hər zaman hazırlıqlı olmalıyıq və bunun üçün hətta birliyimizin, səflərimizi daha da möhkəmləndirməliyik. Xüsusən də, ölkəmizdən, regionumuzdan belə kənarda, dünya miqyasında bizə qarşı, xalqımıza qarşı təcavüzkar niyyətlərin, dəyərlərimizə sahib çıxmaq cəhlərinin fonunda bizim məhz ölkə hüdudlarından kənarda birləşməyimiz, milli birliyimiz, həmrəyliyimiz, daha sıx olmağımız üçün təşkilatlanmağımız, diaspor quruculuğu, lobbiçiliyə xüsusi önəm verməyimiz gərəkir. Çünki məhz milli birliyimizin, həmrəyliyimizin, diaspor quruculuğunun və lobbiçiliyin olduqca vacib olduğuna əminik.

Müəllif: İnam Hacıyev

6.3.14. - "Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi"

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.

Избранный
37
sia.az

1Источники