RU

"Trampın vədləri narahatlıq doğurur" - Kiyev Təhlükəsizlik Forumu

 
"Bu vədlərin məqsədi özlüyündə müsbət olsa da, konkretlik olmadığından gərginlik yaradır..."
 
Donald Trampın ABŞ prezidenti seçkilərində qələbəsi təkcə dövlətin daxili siyasətinə deyil (vergilər, rüsumlar, miqrasiya, abortlar, təbabət), həm də xarici siyasətinə ciddi təsir edəcək.
 
Moderator.az xəbər verir ki, bu barədə Kiyev Təhlükəsizlik Forumunun (KTF) icmalında deyilir.
 
"Trampın Ukraynada və Yaxın Şərqdə müharibələrə tez bir zamanda son qoymaq bəyanatları xüsusi narahatlıq doğurur. Məqsəd özlüyündə müsbət olsa da, konkretlik olmadığından gərginlik yaradır", - məqalədə deyilir.
 
KTF qeyd edib ki, təcavüzkar Rusiyanın Ukraynaya qarşı müharibəsində tərəflərin maraqlarının bir-birinə əks olmasını nəzərə alaraq, respublikaçı Trampın müharibəyə 24 saata son qoymaq vədi xüsusi narahatlıq doğurur.
 
Seçkiöncəki kampaniya zamanı Trampın ayrı-ayrı silahdaşları nizamlanmanın ehtimal edilən, çox vaxt bir-birinə diametral əks olan variantları barədə müxtəlif fikirlər səsləndirib.
 
O cümlədən, bəziləri münaqişınin dondurulması və tərəflərin danışıqlara məcbur edilməsini təklif edib. ABŞ bunun üçün Ukraynaya hərbi yardımı dayandıra və Moskvanın yola gəlmədiyi təqdirdə Rusiyanı təhdid edə bilər. 
 
Belə ssenari çərçivəsində güzəştlərə yalnız Ukraynanın maraqları, o cümlədən ərazi güzəştləri hesabına nail olmaq mümkündür və müəlliflər bu barədə açıq danışıb, KTF  qeyd edir.
 
Respublikaçılar həmçinin "güc vasitəsilə sülhə nail olunması" prinsipinə əsaslanan digər təkliflər də irəli sürüb. Bu ssenari həmçinin danışıqları və təmas xəttində demilitarizasiya edilmiş sonalarının yaradılmasını nəzərdə tutub.
 
Bu halda əsas dəlillər Ukraynanın güclü silahlanmasını və ABŞ tərəfindən Moskvanın razı olmadığı təqdirdə sərt tərbirlər görülməsi təhdidləri olub. Bu halda da Ukraynanın ərazi bütövlüyünün tez bir zamanda bərpasına zəmanət verilməyib, məqalədə deyilir.
 
Hələlik Tramp tərəfindən müharibənin başa çatdırılmasının hansı variantı seçəcəyi müəyyən edilməyib. Yanvarın 20-də andiçmə mərasiminədək Ukraynanın və Ağ Evin daha əlverişli ilkin şərtlərin təmin edilməsi üçün iki aydan çox zamanı var.
 
Görünür, prezident Co Bayden öz prezidentlik müddətinin sonunadək Konqres tərəfindən ayrılan 6 milyard dollarlıq vəsaitlər çərçivəsində Ukrayna qarşısında öhdəliklərinin tam icrası üçün istifadə etməyə hazırdır, KTF qeyd edib.
 
"Trampın müharibənin başa çatdırılması üzrə ideyalarının birmənalı olmadığını Moskva da duyub. Buna sübut olaraq prezident Putinin Trampı rəsmən təbrik etməməsi, onun mətbuat katibi Dmitri Peskov və Rusiya XİN rəsmisi Mariya Zaxarovanın bəyanatlarıdır. Moskvada Trampın əvvəlki prezidentliyi müddətində maksimal sanksiyalar və siyasi dialoqun tamamilə mövcud olmaması yaxşı xatırlanır", - icmalda deyilir.
 
Yaxın Şərqə gəldikdə isə, Tramp İsrailə güclü dəstək verilməsinə hədəflənib. KTF güman edir ki, bu, müharibəyə tez bir zamanda son qoyulması ilə uzlaşmır.
 
Trampın qələbəsindən sonra Çin ABŞ-a ixraca qoyulan rüsumların əhəmiyyətli dərəcədə artırılacağını gözləyir. Lakin Pekin Trampın Ukrayna üzrə sülh planının gerçəkləşməsinə o cümlədən Rusiyaya özünün ikili təyinatlı mallarının ixrac edilməsilə mane olacağı təqdirdə Amerikanın yeni administrasiyasının münasibəti ABŞ-ın indiki prezidenti Co Baydenin göstərici ünvanlı sanksiyalarından daha sərt ola bilər, icmalda deyilir.
 
Avropa ABŞ-ın NATO-dan çıxması kimi dramatik dəyişikliklər proqnozlaşdırmır, lakin müəyyən dəyişikliklər gözləyir və artıq buna hazırlaşır.
 
Bu, o cümlədən Avropanın təhlükəsizlik məsələsində avtonomluğunun güclənməsi və ABŞ-la Trampın vəd etdiyi Avropa mallarına idxal rüsumları ilə bağlı iqtisadi münasibətlərdə müəyyən çətinliklərə aiddir. 
 
Lakin bu dəyişikliklərin nəticələri həm də müsbət ola bilər, bu da Avropa İttifaqının dünyada geosiyasi rolunun güclənməsi, təhlükəsizlik və xarici siyasətdə müstəqilliyinin artması ola bilər.
Избранный
94
34
moderator.az

10Источники