RU

Zəfər Günü Pirallahı rayonunda böyük təntənə ilə qeyd edilib

8 Noyabr - Zəfər Günü ölkə ərazisində olduğu kimi, Pirallahı rayonunda da böyük təntənə ilə qeyd edilib. Milli Məclisin Mədəniyyət komitəsinin və Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Zəfər Günü münasibətilə ümumrayon tədbiri keçirilib.

“İki sahil” xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə “Vətən uğrunda” abidə kompleksinin qarşısına gül dəstələri qoyublar. Daha sonra Pirallahı Gənclər Mərkəzində açılan “Zəfər Günü” mövzusuna həsr olunmuş sərgi ziyarət olunub.

Mərasimdə Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva, Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov çıxış edərək bildiriblər ki, Azərbaycan xalqının şanlı Qələbəsi yalnız hərbi gücün və qətiyyətin deyil, həm də milli birliyin, əzmkarlığın və Vətənə sonsuz sevginin təntənəsidir. Bu Zəfər xalqımızın müstəqillik uğrunda apardığı mübarizənin ən yüksək zirvəsidir və hər bir azərbaycanlı bu böyük Qələbəni qürurla qeyd edir. Noyabrın 8-i tariximizdə əbədi olaraq qalacaq, çünki bu gün biz Azərbaycanın müstəqil və suveren dövlət olaraq qürurlu gələcəyinə əminliklə addımlayırıq. Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan bu Zəfər həm də ərazi bütövlüyümüzün bərpası, milli ləyaqətimizin və gücümüzün nümayişidir. Bu müharibə göstərdi ki, Azərbaycan xalqı hər zaman öz torpaqlarını müdafiə etməyə, azadlığa sahib çıxmağa hazırdır. Həmçinin vurğulanıb ki, bu Zəfər şəhidlərimizin və qazilərimizin qanı və canı hesabına qazanılıb.

Tədbirin bədii hissəsində tanınmış mədəniyyət və incəsənət nümayəndələri, eləcə də rayon ərazisində fəaliyyət göstərən təhsil və mədəniyyət müəssisələrinin şagirdləri çıxış ediblər.

Избранный
51
ikisahil.az

1Источники