RU

Ərdoğan nazirləri ilk dəfə Çankaya Köşkündə toplayacaq

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 10 noyabra özəl olaraq 9 ildən sonra ilk dəfə Nazirlər Kabinetini Çankaya Köşkündə toplayacaq.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i yazıb.

Mənbə qeyd edir ki, həmin gün ölkə vəfatının 86-cı ildönümündə Cümhuriyyətin qurucusu Qazi Mustafa Kamal Atatürkü anacaq.

Rəsmi mərasimlərin ilk ünvanı Anıtkabir olacaq. Mərasimdən sonra Ərdoğan Atatürk Tarix Qurumunda anım tədbirinə qatılacaq. Həmçinin noyabrın 10-da Çankaya Köşkündə yeni Atatürk Muzeyi açılacaq. Muzey Cümhuriyyətin qurucusu Qazi Mustafa Kamal Atatürkün xatirələrini yaşadacaq xüsusi qəbulla ictimaiyyətə təqdim olunacaq.

KONKRET.az

Избранный
39
3
konkret.az

5Источники