Misli Premyer Liqasının 13-cü turunda "Səbail" doğma meydanda "Turan Tovuz"la 1:1 hesablı heç-heçə etdi.
"Football-plus.az"xəbər verir ki, Bayıl təmsilçisinin yeni məşqçisi Elvin Məmmədov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Düşünürəm, yaxşı oyun oldu. Çalışdıq ki, 4 günlük periodda komandamıza kömək edək. Nə qədər alındı, ya alınmadı sonranın işləridi. Bu gün üçün 1 xal bizi sevindirir.
- Komandada çatışmayan nə var?
- Çox nüanslar var. Birinci nüans fiziki durumdu. Bunu düzəltsək, yaxşı yerlərə gələcəyik.
- Bəs davam edəcəksiz?
- Rəhbərliyə təşəkkür edirəm.Bu mikrotskildə bizə kömək, dəstək oldular. Komandanın başına gəldik. Rəhbərlik nə qərar versə, canla-başla razıyam.
RÖYANƏ OĞUZ
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта