RU

COP29-a gələcək Rusiya nümayəndə heyətinəRUSLAN EDELGERİYEV RƏHBƏRLİK EDƏCƏK

Rusiya hökumətinin sədri Mixail Mişustin Bakıda keçiriləcək COP29 iqlim konfransında iştirak edəcək Rusiya nümayəndə heyətinin tərkibini təsdiqləyib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə hökumətin rəsmi hüquqi məlumat portalında dərc edilmiş sərəncamda qeyd olunub.

 

Belə ki, nümayəndə heyətinin rəhbəri Rusiya Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyev təyin edilib.

 

Nümayəndə heyətinin rəhbər müavini Federal Hidrometeorologiya və Ətraf Mühitin Monitorinqi Xidmətinin başçısı İqor Şumakovdur. 

 

Ümumilikdə nümayəndə heyətinə İqtisadi İnkişaf, Təhsil və Elm, Maliyyə, Nəqliyyat, Sənaye və Ticarət, Kənd Təsərrüfatı nazirliklərini, eləcə də bir sıra digər idarə və təşkilatları təmsil edən 47 nəfər daxildir.


Xatırladır ki, daha əvvəl Rusiya Prezident Vladimir Putin Bakıda keçiriləcək COP29 iqlim konfransında Rusiya nümayəndə heyətinə Baş nazir Mişustinin rəhbərlik edəcəyini bildirmişdi.

Избранный
51
26
senzor.az

10Источники