Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 12-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.
Beş qolun qeydə alındığı “Antalyaspor” doğma meydanda “Bodrumspor”u məğlub yola salıb. “Hatayspor” isə “Qaziantep”lə ev oyunundan inamlı qələbə ilə ayrılıb. “Adana Dəmirspor” bu dəfə “Eyüpspor”a uduzub. “Rizəspor”un qonağı olan “Trabzonspor” da turu məğlubiyyətlə başa vurub.
12-ci turun qalan görüşləri bazar gününə təsadüf edəcək.
Türkiyə, Super Liqa
12-ci tur
8 noyabr
Kasımpaşa – Kayserispor 1:2
Qollar: A.Kara, 50 – K.Yılmaz, 23-pen. H.A.Kaldırım, 55.
9 noyabr
Antalyaspor – Bodrumspor 3:2
Qollar: S.Dikmen, 24. Qaiç, 35. Larsson, 45+2 – Fredi, 13. Puşkaş, 59.
Hatayspor – Qaziantep 3:1
Qollar: R.Pedro, 12. Bamqboye, 35. Strandberq, 90+5 – Soresku, 45+2.
Adana Dəmirspor – Eyüpspor 0:1
Qol: A.Kutucu, 9.
Rizəspor – Trabzonspor 3:1
Qollar: Hacıahmetoviç, 45+10. Akintola, 71. Olavoyin, 81 – Vişça, 23.
10 noyabr
14:30. Göztəpə – Konyaspor
17:00. Qalatasaray – Samsunspor
20:00. Başakşəhər – Beşiktaş
20:00. Fənərbaxça – Sivasspor