RU

Trampın siyasəti neft-qaz qiymətlərini aşağı salacaq – Bayraktar

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın enerji sektorunda apardığı siyasət dünya bazarında neft və qaz qiymətlərinin aşağı düşməsinə kömək edə bilər.

Musavat.com xəbər verir ki, bunu Türkiyənin energetika naziri Alparslan Bayraktar CNN Türk telekanalına müsahibəsində deyib:

"Tramp seçki kampaniyası zamanı neft və təbii qaz hasilatı ilə bağlı çox danışdı. O, qazma, kəşfiyyat və hasilatı sürətləndirəcəyini və bir sıra layihələrin icrasını bərpa edəcəyini söylədi. Gözləntilər nə ola bilər və bu, qiymətlərə necə təsir edə bilər? Düşünürəm ki, bu, karbohidrogen qiymətlərinin aşağı düşməsinə əhəmiyyətli təsir göstərəcək”.

Bayraktar qeyd edib ki, ABŞ-ın enerji sektorunda “Uzaq Şərq və Mərkəzi Amerikanın təsirinə qarşı son dərəcə güclü proteksionist siyasət gözləmək olar: “Bu qoruyucu tədbirlərin daha ciddi şəkildə davam edəcəyini gözləyə bilərik, lakin bu baxımdan Türkiyə yeni mühüm istehsal mərkəzinə çevrilə bilər. Xatırladım ki, bizim ABŞ-la maye qazın alışına dair müqaviləmiz var. Biz ildə 5,6 milyard kubmetr maye qaz alacağıq və bu, ümumi tələbatımızın təxminən 12 faizini ödəyəcək”.

Musavat.com

Избранный
60
50
musavat.com

10Источники