İngiltərənin Mançester şəhərində iki ikimərtəbəli avtobusun toqquşması nəticəsində 17 nəfər xəstəxanaya yerləşdirilib.
News24.az Publika.az-a istinadla xəbər verir ki, hadisə şəhər mərkəzinin kənarında, Roşdeyl və Livesi küçələrinin kəsişməsində baş verib.
Hadisə yerinə doqquz təcili yardım maşını, bir hava təcili yardımı cəlb edilib. Şimal-qərb təcili tibbi yardım xidməti bildirib ki, yaralılar Mançester ətrafındakı xəstəxanalara çatdırılıb və onların heç birinin vəziyyəti ağır deyil.