RU

Rusiya Suriyada bu əraziləri bombaladı

Rusiya Aerokosmik Qüvvələri (VKS) Homs vilayətinin Palmira kəndi yaxınlığında terrorçuların iki bazasını məhv edib.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bunu Suriyada Müxalif Tərəflərin Barışıq Mərkəzinin (Rusiya Müdafiə Nazirliyinin bölməsi) rəis müavini Oleq İqnasyuk deyib.

Hərbçi əlavə edib ki, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq antiterror koalisiyası Suriya səmasında təhlükəli vəziyyətlər yaratmaqda davam edir. Onun sözlərinə görə, xarici təyyarələr münaqişənin aradan qaldırılması protokollarını və respublikanın hava məkanını pozaraq uçuşlar həyata keçirir.

"Əl-Tanf bölgəsində gündə beş cüt koalisiya F-15 qırıcıları tərəfindən Suriya Ərəb Respublikasının hava məkanından istifadə qaydalarının on dəfə pozulması qeydə alınıb", - İqnasyuk bildirib.


Müəllif: Arzu
Избранный
73
teleqraf.com

1Источники