RU

Qış üçün maşın yağı seçərkən nələrə diqqət etmək lazımdır?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Temperatur aşağı düşdükcə yağ daha qatı, yapışqan olur ki, bu da onun sirkulyasiyasını çətinləşdirir və şaxtada mühərrikin uğurlu işə salınması şansını azaldır. Köhnə yağ və ya onun aşağı səviyyəsi mühərriki yeyilmədən qoruya bilmir. Söhbət maşın yağından gedir.
Avtomobil mütəxəssislərinin sözlərinə görə, soyuqlar düşməzdən əvvəl yağın dəyişdirilməsi maşını işəsalma problemlərinin qarşısını alır və mühərrikin vaxtından əvvəl yeyilməsi riskini azaldır. Köhnə və ya uyğun olmayan yağda isə yanma və yeyilmə məhsulları toplanır, bu da aşağı temperaturlarda yağı qatılaşdırır.
Bu isə güclü şaxtada yağın səmərəli sirkulyasiya etməməsinə və nəticədə mühərrikin zədələnməsinə səbəb ola bilər. Qış mövsümündən əvvəl yağın vaxtında dəyişdirilməsi avtomobilin, xüsusilə də mühərrikin çox yeyilməyə məruz qala bilən köhnə modellər üçün etibarlılığını artırır. Qış mövsümü üçün mütəxəssislər aşağı temperaturlarda öz xüsusiyyətlərini daha yaxşı qoruyan sintetik yağlardan istifadə etməyi tövsiyə edirlər.
Yüksəkyürüşlü və yeyilmə əlamətləri olan mühərrikli avtomobillər üçün kipləşdiriciləri bərpa etməyə və yağ sızmasını minimuma endirməyə kömək edən əlavələri olan yağlar seçmək lazımdır. Bu cür yağlar mühərrikin rezin-texniki hissələrinin elastikliyini dəstəkləyir, bərpa edir.
Əlavə yuyucu xüsusiyyətləri çöküntülərlə mübarizə aparmağa və hətta komponentlərinin müəyyən yeyilməsi zamanı mühərriki işlək vəziyyətdə saxlamağa yardımçı olur.
Ətraflı Baku TV-nin süjetində:
Избранный
156
50
oxu.az

10Источники