RU

Avropanın daha bir böyük klubu bu hücumçunun müştəriləri siyahısına qoşuldu

“Bayern” Lissabon “Sportinq”inin hücumçusu Viktor Qyökeres üçün potensial iddiaçılar siyahısına qoşulub.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen klubunun nümayəndələri isveçli hücumçu haqqında məlumat toplayıblar və hələlik əlavə tədbir görülməyib.

Son həftələrdə demək olar ki, bütün aparıcı Avropa klubları Qyökereslə bağlı sorğular edib və 26 yaşlı futbolçuya maraq sürətlə artmaqda davam edir.

“Bayern” vəziyyəti yaxından izləyir. Lakin komandada Harri Keynin olmasını nəzərə alsaq, Münhen klubu yaxın gələcəkdə onunla müqavilə imzalamaq üçün favoritlərdən biri ola bilməyəcək.

“Sportinq” hücumçusunu 60-70 milyon avroya satmağa hazırdır.

Избранный
36
sportinfo.az

1Источники