Bakı. Trend:
Niderland polisi, şəhər rəhbərliyinin daha öncə bu cürmitinqlərə qadağa qoymasına baxmayaraq, Amsterdamda keçirilənFələstin tərəfdarı etiraz aksiyasında 50-dən çox iştirakçınısaxlayıb.
Trend xəbər verirki, bu məlumat Niderland mətbuatında yer alıb.
Amsterdam Polis Departamenti X (əvvəlki Twitter) sosialplatformasında "Polis bu gün günorta saatlarında Dam meydanında vəonun ətrafında 50-dən çox insanı saxladı" açıqlamasını verib.
Hüquq-mühafizə orqanları, prokurorluğun göstərişi ilə Dammeydanından 340-dan çox insanın uzaqlaşdırıldığını da qeydedib.
Krallığın paytaxtı Amsterdamın mərkəzindəki Dam meydanında,icazəsiz keçirilən bu nümayişə təxminən 200 fələstin tərəfdarıqatılıb. Polis hadisəyə müdaxilə edərək nümayişçiləri dağıdıb vəbir neçə nəfəri saxlayıb.