1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağının şimalına endirdiyi zərbələr zamanı Fələstinin radikal "İslami Cihad" qruplaşmasının əməliyyat qərargahının rəisi Məhəmməd Əbu Saxili öldürüb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (SAXAL) Mətbuat Xidməti məlumat yayıb.
Qeyd olunur ki, Əbu Saxil əvvəllər Qəzza zolağının şimalında "Fahed əs-Sabah" məktəbi kimi xidmət edən binalar kompleksində tikilmiş komanda-nəzarət mərkəzinin içərisində məhv edilib. Məlumata görə, zərərsizləşdirilmiş şəxs "İslami Cihad" terror təşkilatının sıralarında mühüm fiqur olub, İsrail mülki əhalisinə və Qəzza zolağında fəaliyyət göstərən SAXAL qoşunlarına qarşı hücumların və terror aktlarının HƏMAS hərəkatı ilə planlaşdırılmasında, həyata keçirilməsində və koordinasiyasında iştirak edib.
Mətbuat xidməti qeyd edib ki, zərbədən əvvəl mülki şəxslərə zərər vurmaq riskini azaltmaq üçün hərbçilər arasında dəqiq idarə olunan hərbi sursatlardan istifadə, havadan müşahidə və əlavə kəşfiyyat məlumatlarının əldə edilməsi kimi addımlar atılıb.