Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2024/2025-ci illər mövsümünün 12-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, üçüncü oyun günündə üç qarşılaşma baş tutub.
“Fiorentina” “Verona”nı, “Atalanta” isə “Udineze”ni məğlub yola salıb. “Roma” evdə “Bolonya”ya məğlub olubsa, paytaxtın digər təmsilçisi “Latsio” səfərdə “Montsa”ya qalib gəlib. “İnter”lə “Napoli” arasında baş tutan turun mərkəzi oyununda isə qalib müəyyənləşməyib.
Beləliklə, 12 turdan sonra 26 xala malik “Napoli” vahid liderdir. “Atalanta”, “Fiorentina”, “İnter” və “Latsio”nun 25 xalı var. “Yuventus” 24, “Milan” və “Bolonya” 18, “Udineze” 16, “Empoli” 15, “Torino” 14, “Roma” 13, “Parma” və “Verona” 12 xal toplayıblar.
İtaliya, A Seriyası
12-ci tur
7 noyabr
Cenoa – Komo 1:1
Qollar: Volyakko, 90+2 – De Kunya, 17.
8 noyabr
Leççe – Empoli 1:1
Qollar: Pyerotti, 77 – Pelleqri, 33.
9 noyabr
Venetsiya – Parma 1:2
Qollar: Nikolussi, 5 – Valeri, 17. Bonni, 68.
Kalyari – Milan 3:3
Qollar: Zortea, 2. Zappa, 53; 89 – Leao, 15; 40. T.Abraham, 69.
Yuventus – Torino 2:0
Qollar: Vea, 18. K.Yıldız, 84.
10 noyabr
Atalanta – Udineze 2:1
Qollar: Paşaliç, 56. Ture, 60-öz qapısına – Kamara, 45+3.
Roma – Bolonya 2:3
Qollar: El Şaaravi, 63; 82 – Kastro, 25. Orsolini, 66. Karlsson, 77.
Fiorentina – Verona 3:1
Qollar: M.Kin, 4; 59; 90+2 – S.Serdar, 18.
Montsa – Latsio 0:1
Qol: Zakkayni, 36.
İnter – Napoli 1:1
Qollar: H.Çalhanoğlu, 43 – Maktominey, 23.