ABŞ-ın şimal-şərqindəki genişmiqyaslı meşə yanğınları bölgədə təxminən 27 milyon sakinin həyatını təhdid edir.
Musavat.com xəbər verir ki, yanğınların daha da genişlənməsinə güclü küləklər və 25-30% səviyyəsində olan aşağı nisbi rütubət şəraiti təsir edir. Xüsusilə Nyu-York və Boston şəhərləri bu təhlükədən ən çox təsirlənən yerlər arasındadır.
Nyu-York Yanğından Mühafizə İdarəsi, yalnız bu ay ərzində şəhər yaxınlığında 100-dən çox yanğının qeydə alındığını bildirib. Aktiv yanğınların davam etməsi bölgədə havanın keyfiyyəti ilə bağlı narahatlıqları artırıb və sağlamlıq riskləri yaradır. Xüsusilə Nyu-York bölgəsində hava keyfiyyətinin pisləşməsi, həssas qruplar, xüsusilə tənəffüs sistemi zəif olanlar üçün təhlükə mənbəyidir. Hökumət rəsmiləri sakinlərə açıq havada fəaliyyətləri məhdudlaşdırmağı və təhlükəsizlik tədbirlərinə riayət etməyi tövsiyə edir.
Musavat.com