ABŞ və Britaniya Hərbi Hava Qüvvələri Husilərin hədəflərinə azı 9 zərbə endirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Al Masirah” telekanalı məlumat yayıb.
Məlumata görə, ABŞ və Britaniya aviasiyası Yəmənin qərbindəki Amran əyalətinin Harf Süfyan bölgəsinə azı 7 zərbə endirib.
Ərəb ölkəsinin şimal-qərbindəki Saada əyalətinin Əl-Safra bölgəsindəki Əl-Rahba qəsəbəsi iki hava hücumuna məruz qalıb.
Zərərçəkənlər haqqında məlumat verilmir.