RU

COP for Hope: Nepal Prezidenti Bakıda keçirilən COP29-dan əsas gözləntilərdən danışdı (ÖZƏL MÜSAHİBƏ)

Bakı. Trend:

COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlı xüsusi layihənitəqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahidməqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin vəmüxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm və ekologiyadaöncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.

Bugünkü qonağımız - Nepal Prezidenti Ram Çandra Paudeldir.Özünəməxsus təbii resursları və mədəni irsi ilə tanınan Nepal iqlimdəyişikliyi ilə əlaqəli bir sıra çətinliklərlə üzləşir.

Trend-ə özəlmüsahibədə Nepal Prezidenti dayanıqlı inkişafa baxışını, adaptasiyayollarını və daha yaxşı gələcək naminə beynəlxalq səviyyədəəməkdaşlıq perspektivlərini bölüşür.

O qeyd edib ki, Nepal Birləşmiş Millətlər Təşkilatının İqlimDəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) tərəfi kimi bugün Azərbaycanda işə başlayan COP29-a böyük əhəmiyyət verir.

"İqlim dəyişikliyi bəşər sivilizasiyası, mədəniyyəti, eləcə də,ana torpaq üçün artan təhlükə yaratdığından, biz indi bəşərtarixində həlledici mərhələdəyik. Vəziyyətin ciddiliyi ondanibarətdir ki, BMT bu yaxınlarda hamımızı xəbərdar etdi ki, hazırkıiqlim böhranını həll etmək üçün müvafiq tədbirlər görməsək, buəsrin sonuna qədər temperatur 3,1°C yüksələ bilər.

Dünya təşkilatının mesajı səsli və aydındır: dünya hazırda iqlimböhranının ortasındadır və biz hamımız bunun nəticələriniyumşaltmaq üçün birlikdə səy göstərməliyik. Bununla əlaqədarolaraq, burada qeyd etmək yerinə düşər ki, Nepal “Yaşıl Dünya üçünHəmrəylik” prinsipinə uyğun olan yol xəritəsi üzərində COPÜçlüyünün Sədrlikləri ilə işləmək öhdəliyi götürüb. Nepal,həmçinin, COP29-un Bakıda uğurla keçirilməsinə tam dəstəyini ifadəedir", - deyə o bildirib.

Nepalın COP29 üçün prioritetləri

Paudel bildirib ki, COP29 həm də Nepal üçün öz mövqeyini təqdimetmək üçün bir fürsətdir.

“Mən konfransda iqlim fəlakətləri ilə bağlı məsələlərə dairmövqeyimizi qəti şəkildə bəyan edəcəyəm, həmçinin, COP-dantexnoloji və adaptiv həllər tələb edəcəyəm. Biz onlara müraciətetməliyik, çünki Nepalda son vaxtlar aramsız yağışlar və daşqınlar200-dən çox insanın həyatına son qoyub və infrastruktura böyükziyan vurub. Təbii fəlakət ən az inkişaf etmiş və dənizə çıxışıolmayan bir ölkəyə milyonlarla dollara başa gəlib!” - NepalPrezidenti bildirib.

O əlavə edib ki, qlobal istiləşmə nəticəsində dağlarda qarəriyir:

"Buzlaqlar parçalandı, böyük dağıntılara səbəb oldu və aşağıaxınlarda yaşayan insanlar üçün ciddi təhlükə yaratdı. Biz başadüşməliyik ki, dağlıq bölgələrin üzləşdiyi böhran qlobalproblemdir. Əslində, bölgənin əsas şirin su mənbəyi olan əzəmətliHimalay dağları ilə bərəkətli olan Nepal iqlim dəyişikliyinə yüksəkhəssaslığına görə Yaşıl İqlim Fondunun xüsusi diqqətinə layiqdir.Nepal, həmçinin, iqlimlə bağlı mövcud problemlərin həllində məhdudresurslarla da olsa, səy göstərdiyinə görə xüsusi diqqətə layiqdir.Yaşıl İqlim Fondunun səxavəti həlledici rol oynanır, çünki Nepalartıq 2045-ci ilə qədərkarbon neytrallığı və 2050-ci ilə qədərmənfi karbon tullantıları kimi iddialı iqlim dəyişikliyihədəflərinə doğru getməyə başlayıb".

Prezident bildirilib ki, bundan başqa, Nepal 2030-cu ilə qədərmeşə örtüyünü 45 faizə çatdırmağı öhdəsinə götürüb və buna artıqnail olunub:

"Buna görə də Nepalın hazırda iqlim maliyyəsi üçün səxavətlidəstəyə, eləcə də, Nepalın iqlimə davamlı gələcəyə keçidi üçünvacib olan öz potensialını artırmaq üçün qabaqcıl texnoloji"nou-hau"ya ciddi ehtiyacı var. Bu fonda “maliyyə konfransı” olaraqda adlandırılan COP29 üçün əsas gözləntilərimiz iqlimdəyişikliyinin azaldılması və öhdəliklərin genişləndirilməsi yoluilə uyğunlaşma üçün vəsaitlərin səfərbər edilməsindən ibarətdir.Eyni zamanda, vəsaitlərin ehtiyacı olan ölkələrə ağıllı və rəvanşəkildə paylanacağını gözləyirik".

COP29-da ada dövlətləri üçün iqlim maliyyəsinin təminedilməsi

Paudel hesab edir ki, iqlim dəyişikliyinə ən həssas olan kiçikvə resurs baxımından yoxsul ölkələr iqlim ədalətinəlayiqdirlər:

"Səbəb odur ki, bu ölkələr karbon emissiyalarına ən az cavabdeholsalar da, ən çox əziyyət çəkənlərdir. Məsələn, mənim ölkəmləbağlı ironiya ondan ibarətdir ki, Nepal istixana qazlarıemissiyasına cüzi töhfə versə də, iqlim dəyişikliyi fenomenininəsas qurbanına çevrilib! "The Climate Risk" Nepalı ən çox zərərçəkən 10-cu ölkə kimi təsnif edib. Kənd təsərrüfatı məhsullarınınazalması, daxili miqrasiya, şirin su ehtiyatlarının tükənməsi,biomüxtəlifliyin itirilməsi, strateji infrastrukturun zədələnməsi,torpağın keyfiyyətinin pisləşməsi ilə yanaşı,hər il yaşanan insantələfatı tkimi iqlim dəyişikliyinin təsiri ölkənin hər tərəfindəözünü göstərir".

Bu kontekstdə Paudel hesab edir ki, Nepal və digər ən az inkişafetmiş və ada ölkələri üçün iqlim maliyyə sistemi ilə bağlınarahatlıqlarını bildirmək çox vacibdir.

"Vəsaitlərin hərəkət mexanizmi sadə, əsaslı və sürətliolmalıdır. Biz hesab edirik ki, fond qrantlar şəklində olmalı vətanınmış milli büdcə sistemi vasitəsilə bölüşdürülməlidir. Zərərçəkmiş inkişaf etməkdə olan ölkələrin daha çox əziyyət çəkməməsiüçün İtki və Zərər Fondunda artım görmək istərdik:

Üzərində düşünməli olduğumuz başqa bir cəhət dağ və dənizekosistemləri arasındakı əlaqədir. Onların səbəb-nəticə əlaqəsifonunda, dağ buzlaqlarının əriməsi sahil ekologiyasına xətti vəardıcıl təsir göstərdiyinə görə, ən az inkişaf etmiş ölkələr vəinkişaf etməkdə olan kiçik ada dövlətləri institusional şəkildəəlaqələndirmək vacibdir. COP29 Sədrliyi İnkişaf etməkdə olan KiçikAda Dövlətləri üçün maliyyələşdirmə elan etməsi ilə indi bu məsələilə bağlı hərəkətə keçməyin vaxtıdır. Mən bütün maraqlı tərəflərindiqqətini bu aktual mövzuya cəlb etməyə çalışacağam. Şəxsən məninanıram ki, ən az inkişaf etmiş ölkələri və inkişaf etməkdə olankiçik ada dövlətlərini bir araya gətirmək iqlim dəyişikliyinə qarşıittifaqı gücləndirməyə kömək edəcək".

İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondu

Paudel qeyd edib ki, Nepal Azərbaycanın təklif etdiyi İqlimMaliyyəsi üzrə Fəaliyyət Fondunun yaradılması ideyasına müsbətyanaşır.

"Hesab edirik ki, məqsədlərimizə çatmaq üçün vəsaitin səmərəlibölüşdürülməsi vacibdir. Mən istərdim ki, fondun mexanizmi sadə,asan əlçatan, həssas ölkələrin prioritetləri və ehtiyaclarına uyğunolsun", - deyə o bildirib.

"Yaşıl" enerjinin inkişafı sahəsində əməkdaşlığınperspektivləri

Paudel bildirib ki, Nepal və Azərbaycan arasında "yaşıl"enerjinin inkişafı sahəsində ikitərəfli əməkdaşlığıngücləndirilməsi perspektivləri var.

"İki ölkə xüsusilə bərpa olunan enerji mənbələrinin inkişafı vətəbii ehtiyatların işlənilməsi sahəsində təcrübə mübadiləsi aparabilər. Nepal hazırda təmiz enerji istehsalı və istifadəsində yaxşınəticələr əldə etdiyi üçün öz təcrübəsini Azərbaycanla bölüşəbilər. Eynilə, Azərbaycan təbii sərvətlərdən - əhəngdaşı, misfilizləri, sink, dəmir və s. uğurla istifadə edir. Onun busahələrdə təcrübəsi bu təbii sərvətlərə sahib olan Nepala çox köməkedə bilər. Bu cür ikitərəfli öhdəliklər bilik və texnologiyanınötürülməsi ilə birlikdə əməkdaşlığın digər sahələrində onlarıbir-birinə daha da yaxınlaşdıra bilər", - deyə Nepal prezidentibildirib.

X: @Lyaman_Zeyn

Məqalədə:
Избранный
63
19
az.trend.az

10Источники