RU

Ağ Evdən etiraf: Sanksiyalar Rusiyanın əməliyyatları davam etdirməsinə mane olmur

Tətbiq edilən sanksiyalar Rusiyanı Ukraynada xüsusi hərbi əməliyyatı davam etdirmək imkanından məhrum etmir.

Editor.az xəbər verir ki, bunu ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan CBS News televiziyasına açıqlamasında etiraf edib. O bildirib ki, antiRusiya sanksiyaları Rusiyanın imkanlarını məhdudlaşdırmır:

“Aydındır ki, sanksiyalar Rusiyanı dayandırmadı və ya onu hərbi əməliyyatı davam etdirmək imkanından məhrum etmədi”, – deyə Sallivan bildirib. ABŞ-ın Co Baydenin prezidentlik müddəti bitmədən Ukraynaya razılaşdırılmış 6 milyard dollarlıq yardımın hamısını verməyə çalışacağını bildirən Sullivan konqresin razılaşdırdığı bütün resursları yanvarın 20-nə qədər Ukraynaya göndərəcəyini deyib.

Sullivan onu da vurğulayıb ki, Co Bayden prezident postunda qaldığı müddətcə Ukraynaya yardımın davam etdirilməsinin vacibliyini Konqresə çatdırmağa çalışmağa davam edəcək.

//Gülnarə Abasova, Editor.az

Избранный
26
editor.az

1Источники