RU

Kolumbiyada fövqəladə vəziyyət elan edildi

Kolumbiya Prezidenti Qustavo Petro yağışın səbəb olduğu daşqın səbəbindən ölkə daxilində fəlakət vəziyyət rejimi elan edib.

Sitat.info-nun TASS-a istinadən xəbərinə görə, bu barədə dövlət başçısının administrasiyasının "X" hesabında məlumat verilib.

"Prezident Qustavo Petro leysan yağışlar nəticəsində yaranan klimatik fövqəladə vəziyyət səbəbindən ölkə daxilində fövqəladə rejim elan edib", - deyə məlumatda bildirilib.

Səlahiyyətlilərin qiymətləndirmələrinə görə, yağışlı mövsüm dekabrın sonuna qədər davam edəcək. Geniş yayılmış fəlakətin nəticələri ilə mübarizə üçün əsas işlər paytaxt Boqota, Quajxra və Çoko departamentlərində cəmlənəcək.

Məlumata görə, indiyədək 46 mindən çox ailə daşqınlardan zərər çəkib. Bəzi ərazilərdə yağan yağışlar çayların məcrasından çıxmasına səbəb olub. Hələlik insan ölümü barədə məlumat yoxdur.

Избранный
19
2
sitat.info

10Источники