İstanbul Respublika Prokurorluğu məşhur müğənni Serdar Ortaç və aparıcı Mehmet Ali Erbil haqqında sosial mediada “qanunsuz mərc oynamağa təşviq etmək” maddəsi ilə istintaqa başlayıb. Yeniavaz.com NTV-yə istinadla xəbər verir ki, istintaq çərçivəsində Serdar Ortaç və Mehmet Ali Erbil daxil olmaqla ümumilikdə 15 nəfər saxlanılıb. İstintaq 15 şübhəlini, o cümlədən sosial mediaya təsir edənləri və bəzi məşhur adları müəyyən edib. Hüquq-mühafizə orqanları müəyyən edilən ünvanlarda əməliyyat təşkil edib.