RU

COP for Hope: Nepal Prezidenti Bakıda keçirilən COP29-dan əsas gözləntilərini açıqladı

COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.

Bugünkü müsahibimiz - Nepal Prezidenti Ram Çandra Paudeldir. Özünəməxsus təbii resursları və mədəni irsi ilə tanınan Nepal iqlim dəyişikliyi ilə əlaqəli bir sıra çətinliklərlə üzləşir. Trend-ə özəl müsahibədə Nepal Prezidenti dayanıqlı inkişafa baxışını, adaptasiya yollarını və daha yaxşı gələcək naminə beynəlxalq səviyyədə əməkdaşlıq perspektivlərini bölüşür.

O qeyd edib ki, Nepal Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) tərəfi kimi bu gün Azərbaycanda işə başlayan COP29-a böyük əhəmiyyət verir.

"İqlim dəyişikliyi bəşər sivilizasiyası, mədəniyyəti, eləcə də, ana torpaq üçün artan təhlükə yaratdığından, biz indi bəşər tarixində həlledici mərhələdəyik. Vəziyyətin ciddiliyi ondan ibarətdir ki, BMT bu yaxınlarda hamımızı xəbərdar etdi ki, hazırkı iqlim böhranını həll etmək üçün müvafiq tədbirlər görməsək, bu əsrin sonuna qədər temperatur 3,1°C yüksələ bilər.

Dünya təşkilatının mesajı səsli və aydındır: dünya hazırda iqlim böhranının ortasındadır və biz hamımız bunun nəticələrini yumşaltmaq üçün birlikdə səy göstərməliyik. Bununla əlaqədar olaraq, burada qeyd etmək yerinə düşər ki, Nepal “Yaşıl Dünya üçün Həmrəylik” prinsipinə uyğun olan yol xəritəsi üzərində COP Üçlüyünün Sədrlikləri ilə işləmək öhdəliyi götürüb. Nepal, həmçinin, COP29-un Bakıda uğurla keçirilməsinə tam dəstəyini ifadə edir", - deyə o bildirib.

Nepalın COP29 üçün prioritetləri

Paudel bildirib ki, COP29 həm də Nepal üçün öz mövqeyini təqdim etmək üçün bir fürsətdir.

“Mən konfransda iqlim fəlakətləri ilə bağlı məsələlərə dair mövqeyimizi qəti şəkildə bəyan edəcəyəm, həmçinin, COP-dan texnoloji və adaptiv həllər tələb edəcəyəm. Biz onlara müraciət etməliyik, çünki Nepalda son vaxtlar aramsız yağışlar və daşqınlar 200-dən çox insanın həyatına son qoyub və infrastruktura böyük ziyan vurub. Təbii fəlakət ən az inkişaf etmiş və dənizə çıxışı olmayan bir ölkəyə milyonlarla dollara başa gəlib!” - Nepal Prezidenti bildirib.

O əlavə edib ki, qlobal istiləşmə nəticəsində dağlarda qar əriyir:

"Buzlaqlar parçalandı, böyük dağıntılara səbəb oldu və aşağı axınlarda yaşayan insanlar üçün ciddi təhlükə yaratdı. Biz başa düşməliyik ki, dağlıq bölgələrin üzləşdiyi böhran qlobal problemdir. Əslində, bölgənin əsas şirin su mənbəyi olan əzəmətli Himalay dağları ilə bərəkətli olan Nepal iqlim dəyişikliyinə yüksək həssaslığına görə Yaşıl İqlim Fondunun xüsusi diqqətinə layiqdir. Nepal, həmçinin, iqlimlə bağlı mövcud problemlərin həllində məhdud resurslarla da olsa, səy göstərdiyinə görə xüsusi diqqətə layiqdir. Yaşıl İqlim Fondunun səxavəti həlledici rol oynanır, çünki Nepal artıq 2045-ci ilə qədərkarbon neytrallığı və 2050-ci ilə qədər mənfi karbon tullantıları kimi iddialı iqlim dəyişikliyi hədəflərinə doğru getməyə başlayıb".

Prezident bildirilib ki, bundan başqa, Nepal 2030-cu ilə qədər meşə örtüyünü 45 faizə çatdırmağı öhdəsinə götürüb və buna artıq nail olunub:

"Buna görə də Nepalın hazırda iqlim maliyyəsi üçün səxavətli dəstəyə, eləcə də, Nepalın iqlimə davamlı gələcəyə keçidi üçün vacib olan öz potensialını artırmaq üçün qabaqcıl texnoloji "nou-hau"ya ciddi ehtiyacı var. Bu fonda “maliyyə konfransı” olaraq da adlandırılan COP29 üçün əsas gözləntilərimiz iqlim dəyişikliyinin azaldılması və öhdəliklərin genişləndirilməsi yolu ilə uyğunlaşma üçün vəsaitlərin səfərbər edilməsindən ibarətdir. Eyni zamanda, vəsaitlərin ehtiyacı olan ölkələrə ağıllı və rəvan şəkildə paylanacağını gözləyirik".

COP29-da ada dövlətləri üçün iqlim maliyyəsinin təmin edilməsi

Избранный
46
19
aznews.az

10Источники