"Bakıda atılan addımlar iqlim dəyişikliyi ilə bağlı mübarizə üçün çox vacibdir”.
"Cebheinfo.az" xəbər verir ki, bunu BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNIDO) baş direktorunun müavini və Texniki Əməkdaşlıq və Davamlı Sənaye İnkişafı Direktorluğunun idarəedici direktoru Zou Siyong bu gün Bakıda COP29 çərçivəsində iqlim dəyişikliyi ilə mübarizə və dayanıqlı inkişaf, daxili inkişaf və sistemli dəyişikliklər üçün innovasiyalar üzrə yüksək səviyyəli sessiyada bildirib.
“Bu sahədə maliyyələşdirilməsinin təmin edilməsinə ciddi ehtiyac var. Biz daha geniş iqlim gündəliyi ilə yaşıl enerji, dəhlizlər və hidrogendən istifadə sahəsində təşəbbüslərin həyata keçirilməsinə töhfə verməyə çalışırıq. Daha yaı gələcək naminə birgə işləmək lazımdır və biz buna səsləyirik”.
"Cebheinfo.az"