RU

Bu ölkədə daşqınlar səbəbindən fövqəladə vəziyyət elan edildi

Kolumbiya prezidenti Qustavo Petro yağışların səbəb olduğu daşqınlar səbəbindən ölkə boyu fəlakət vəziyyəti elan edib.

Bu barədə dövlət başçısının administrasiyası məlumat yayıb.

“Prezident Qustavo Petro leysan yağışlar nəticəsində yaranan fövqəladə iqlimlə əlaqədar ölkə daxilində fəlakət vəziyyəti elan etdi", - məlumatda deyilir.

Səlahiyyətlilər yağışlı mövsümün dekabrın sonuna qədər davam edəcəyini təxmin edirlər. Geniş yayılmış fəlakətin nəticələri ilə mübarizə üçün əsas səylər paytaxt Boqota və Quajira və Çoko departamentlərində cəmlənəcək.

"El Tiempo" qəzetinin məlumatına görə, indiyədək 46 mindən çox ailə daşqınlardan zərər çəkib. Bəzi ərazilərdə yağan yağışlar çayların məcrasından çıxmasına səbəb olub. Hələlik itkilər barədə məlumat verilmir.


Mənbə: unikal.az

Избранный
19
2
unikal.az

10Источники