"Kənd təsərrüfatı istehsalı sahəsində istixana qazlarının həcminin və təsirinin azaldılması istiqamətində sərt tədbirlər görülməlidir"
APA xəbər verir ki, bunu "TAPP coalition: Analysing the COP28 Food Declaration (160 countries NDC's) and the new FAO SOFA report 2024 on Hidden Foid Costs, on fiscal actions and GHG-emission pricing" adlı paneldə TAPP Koalisiya qeyri-hökumət təşkilatının icraçı direktoru Jeroom Remmers deyib.
O bildirib ki, istixana qazları tullantılarının azaldılması dövlətlərdən qətiyyətli qərarlar tələb edir:
"Xüsusilə də kənd təsərrüfatı və ərzaq istehsalı sahəsində bu addım son dərəcə önəmlidir. Biz əsasən Avropa İttifaqı ölkələri daxilində sözügedən məsələ ilə bağlı geniş təbliğat və təşəbbüslərin reallaşması istiqamətində iş aparırıq. İl ərzində həyata keçirdiyimiz tədbirlər sonradan hesabat şəklində ictimaiyyətə təqdim olunur. 2021-ci ildə həyata keçirilən tədbirlər nəticəsində Avropa Parlamenti bizim bir sıra təşəbbüslərimizə dəstək verib. Xüsusilə də müxtəlif ərzaq məhsullarında yağlılığın müəyyən dərəcədə azaldılmasına nail olunub. Bizim əsas hədəfimiz bu sahədə sıfır göstəricinin əldə edilməsidir".