RU

COP29-un yekun sənədi dünyanı düzgün istiqamətə yönəldəcək - Con Podesta

Bakı. Trend:

COP29-un yekun sənədi dünyanı düzgün istiqamətə yönəldəcək.

Trend xəbər verir ki, bunu Bakıda COP29çərçivəsində keçirilən brifinqdə ABŞ prezidentinin beynəlxalq iqlimsiyasəti üzrə baş müşaviri Con Podesta deyib.

"ABŞ COP29 Rəyasət Heyəti və dünya üzrə həmkarlarımızla bir sıraməsələlərdə işləmişdir. Məsələn, sabah biz Çin və Azərbaycanlabirlikdə metanla bağlı sammit keçirəcəyik ki, bəzən o qədər dədiqqəti cəlb etməyən, lakin tamamilə istixana effektinin yarısına,qlobal istiləşməyə səbəb olan bir şeyi azaltmaq olar. Buna görə də,biz insanları yeni maliyyələşdirmə formulu üzərində çox işləməyətəşviq etməyə davam edəcəyik", - o bildirib.

Podesta qeyd edib ki, realist olmaq lazımdır.

"Biz 6-cı Maddənin yekunlaşdırılması istiqamətində irəliləyişəldə edirik. Məncə, biz Dubay Konsensusunun uğuruna əsaslanan mühümnəticələr üzərində işləyirik, xüsusilə də bərpa olunan enerjinin üçdəfə artırılmasının daha çox səy tələb etdiyi enerji sahəsində. VəCOP29-un yekun sənədi dünyanı düzgün istiqamətə yönəldəcək. Deməli,hələ görüləsi çox iş var. Komandamız işin yerinə yetirilməsinə əminolmaq üçün buradadır", - o bildirib.

Qeyd edək ki, bu gün BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasınınaçılışı baş tutub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcəkCOP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir vəregionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Избранный
59
2
az.trend.az

2Источники