RU

“Biz bir dəfə onları əzişdirmişik, lazım gələrsə, bir də əzişdirəcəyik”

“Biz Ermənistanı bir dəfə əzişdirmişik, lazım gəlrəsə, bir də əzişdirəcəyik”.

 

Bunu Moderator.az-a açıqlamasında politoloq Qabil Hüseynli bilirib. Ekspert qeyd edib ki, Qərbin Ermənistana verdiyi silahlar regiondakı mövcud status-kvonunun dəyişmək qitidarında deyil:

 

“Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı qələbə ilə Cənubi Qafqazda yeni bir status-kvo müəyyənləşdirdi. Hansı ki, Qərbin Ermənistana göstərdiyi hərbi-iqtisadi yardımlar bu status-kvonu dəyişmək iqtidarında deyil.

 

Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi qələbə ilə sübut etdi ki, Ermənistan onunla heç bir sahədə, eyni zamanda, hərbi sahədə mübarizə aparmağa qadir deyil. Ermənistana kimin nə verməyindən asılı olmayaraq, İrəvan heç vaxt revanşist arzularını gerçəkləşdirə, mövcud status-kvonu dəyişə bilməyəcək. Əksinə, yeni bri təxribat Ermənistan üçün yeni bir məğlubiyyət demək olacaq ki, bu da bir dövlət kimi Ermənistanın sonunu gətirə bilər”.

 

Seymur ƏLİYEV

 

Избранный
58
moderator.az

1Источники