RU

"Sənan başqa cür həlak olsaydı mən dəli olardım..."- Şəhid Sənan Hüseynovun anası Alidə xanım

Image

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan igidlərimizin  uyuduqları Şəhidlər məkanına  eləcə də ailələrinə ziyarəti davam edir.   Nə qədər çətin olsa da anım mərasimlərində ən azından igid oğullarımızın əzizləriylə  bir neçə saat vaxt keçirib   xatirələrlə az da olsa ovunaraq təsəlli tapırsan.  

Sənan Hüseynov Qarabağımızın  ürəyi hesab olunan Şuşamızın azadlığa qovuşmasından bir neçə saat öncə döyüşlərdə həlak olan igid kəşfiyyatçılarımızdandır.  ‘’Kiçik dünyanın böyük  insanları’’ kitabımın qəhramanlarından biridir.   Qəlbi bala yanğısıyla  param parça olsa da  qapının kandarından  hər kəsi gülərüzlə qarşılayan nur çöhrəli  Alidə xanımla  hər görüşdən sonra günlərlə özümə gələ bilmirəm .İgid oğullarımızın  döyüş yolları bir-birinə bənzəmədiyi kimi  isti ,sevgi dolu nəfəsiylə böyüdükəri ,xeyr-dualarıyla yola çıxdıqları  əziz anaların da bir-birindən fərqli  baxışlarının şahidi oluruq. 

Dünənki ziyarətimiz zamanı da Alidə xanım yenə xoş, səmimi  baxışlarıyla bizi qarşıladı. Əyləşdiyimiz otaqda  Sənanın  çox qısa ömrünün foto şəkillərldən boylanan  həyat dolu ,sevgi dolu   işıqlı siması  sanki ziyarətinə gələnlərlə  dil açıb danışırdı.  Öncə  qonaqlara müraciət etdim .

Təsdiqini tapmış və illərdir şahidi olduğumuz bir deyimi xatırlatmaq istərdim.  ‘’İnsanlar yalnız unudulanda  ölürlər’’.  Ancaq müqəddəs kitabımız Qurani -Kərimdə ‘’ Şəhidlərə  ölü deməyin ‘’müraciət olunur ,yəni bu o deməkdir ki bizlər xatırlamasaq belə onlar ALLAHIN  dərgahında hər zaman diridilər. İstərdim  Sənan haqda xatirələrinizi bölüşəsiniz....

Günəş xanım göz yaşlarını bir an da saxlaya bilməsə də  təsəlli üçün deməyə söz də tapa bilmirdim.  Günəş  xanm(Sənanın xalası)Əslən Füzulidənik, ancaq Sənan Qazaxstanda dünyaya gəlib.  Sənan əlimizdə böyüyüb,əvvəl  sadəcə bizim balamız kimi tanıyırdıq, qeyrətli,  hər kəsin yerini bilən , vətənini  sevən .Sonra onu xalq tanıdı. Demək olar ki hər gün yuxuda görürəm....bu ağrı heç vaxt keçıb gedən ağrı deyil  bunu siz də  bilirsiz ,ancaq təsəllimiz odur ki Sənan   vətənin ,dövlətin,ailəsinin başını uca elədi....

Arzu Həsənova  Qazaxstanda  bu gözəl ailəylə bir evli kimi həm də  qonşu olmuşuq. Mən bu gün də elə bilirəm ki  Sənanı təkcə ailəsi yox həm də  mən də bir ana kimi itirmişəm. Sənanı oğlum hesab edirəm ,bu itkiylə barışa bilmirəm. Dünən də, bu gün də Sənanın adı çəkiləndə mən də  Sənana  ‘’ balam’’ deyə müraciət edirəm.  Təsəllim yalnız onun Vətən uğrunda şəhid olmasıdır,ancaq  Sənan balamın ağrısını mən də bir ömür daşıyacam... (Arzu xanım da göz yaşlarını boğa bilmədi ki bilmədi

Alidə xanım bəzən eyni sualı  sizə də analara verdiyim  üçün təkrarçılıq kimi qəbul etməyin. Sənan Şuşada gedən döyüşlərdə həlak oldu.  Sənanla bərabər adı dillər əzbəri olmuş  döyüşdə neçə igid itirdik. O gün bir anamıza da bu sualı verdim. Bir ömür ağrıyla yaşamaq olmaz,insanın  yaşaması üçün  içində bir işıq,təsəlli tapması lazımdır. Mən bilirəm ki o gülər üzünüzün arxasında  bitib-tükənməyən nisgil də var. Demək ki ayaqda durmağa  əmin olduğunuz,güc aldığınız qüvvə var...

Bilirsiz ki Sənan Aprel döyüşlərində də iştirak edib və Vətən müharibəsinə Hərbi komissarlıqdan çağırışla getmişdi .Dörd il keçsə də elə bilirəm Sənanı dünən itirmişəm. Əlbəttə insan təsəllisiz yaşaya bilməz. Bacım da dedi, Sənan vətəni qoruduğu üçün içimdə bir təskinlik var. Szlər də Sənanı unutmadıqca  özümü yalnız hiss etmirəm və etməyəcəm . Tez-tez yuxuma gəlir Sənan. Dünən də gördüm ki telefonundan mənə çoxlu  ürək şəkilləri göndərir. Mən də’’  Ay Sənan nə çox konturun var, mənə də kontur ,çoxlu şəkillərindən göndər. ‘’ dedim  .Anaların ağrısı heç vaxt bitməz... Bu da belə tale idi Sənanım yaşadı..Sənan başqa cür həlak olsaydı mən dəli olardım...Cəmi şəhidlərimizin məqamə uca olsun. 

Sənan Vidadi oğlu Hüseynov 01.04.1996-cı ildə Qazaxstan Respublikasının Aktau şəhərində anadan olub. 2008-ci ildə ailəsiylə birgə Azərbaycana köçüb və təhsilini Xəzər rayonu Binə qəsəbəsindəki  149 saylı tam orta məktəbdə davam etdirib.  2014 -2016-cı illərdə əsgəri xidmətdə olub. 2016-cı ildə Aprel döyüşlərində iştirak edib, kəşfiyyatçı idi. Vətən müharibəsində Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə həlak olub. Binə Şəhidlər Xiyabanında dəfn olunub. Subay idi. Anası və bir bacısı var. 

Şəhid Sənan Hüseynov "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

Jalə Cəfərova
Filologiya üzrə fəlsəfə doktoru






Избранный
61
baki-xeber.com

1Источники