RU

ÜST meymunçiçəyi xəstəliyi ilə bağlı iclas keçirəcək

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Fövqəladə Hallar Komitəsinin iclasını keçirərək qurumun rəhbəri Tedros Adhanom Qebreyesusa meymunçiçəyi xəstəliyinin ("Mpox") səhiyyə sahəsində beynəlxalq əhəmiyyət kəsb edib-etmədiyini bildirəcək.

Ölkə.az xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, bu barədə təşkilatın 11 noyabrda dərc edilmiş məlumatında bildirilir.

"ÜST noyabrın 22-də təşkilatın baş direktoruna məsləhət vermək üçün "Mpox" üzrə Fövqəladə Hallar Komitəsini çağıracaq", - deyə məlumatda vurğulanıb.

ÜST-nin rəhbəri Qebreyesus əvvəllər Afrikada meymunçiçəyi xəstəliyinin yayılmasını ictimai səhiyyə sahəsində epidemioloji xarakterli fövqəladə vəziyyət adlandırıb. Onun sözlərinə görə, bu problem beynəlxalq əhəmiyyət daşıyır.

Избранный
57
6
olke.az

10Источники