RU

Qaçmaq, ya döyüşmək? Hollivud ulduzları ABŞ-də vətəndaş müharibəsinə hazırlaşırlar

ABŞ-də Donald Trampın seçkidə qələbəsindən sonra yerli liberallar arasında narahatlıq əhvali-ruhiyyəsi kütləvi şəkildə artır. Bu fonda bəziləri ölkədən qaçır, digərləri isə sağ qalma kurslarına yazılır, silah alır, evlərini, maşınlarını zirehləyirlər. Çünki get-gedə daha çox ölkə sakini hesab edir ki, Birləşmiş Ştatlarda yeni vətəndaş müharibəsinə qədər çox az qalıb.

Qaç, Forest, qaç

"Prezident Tramp 2.0 mənim hazır olduğum şey deyildi. Nəticələri görəndə düşündüm: "Qaç, Forest, qaç!" Mən də məhz bunu etdim", - deyə Hollivud əfsanəsi Tom Henks sosial şəbəkə hesabında yazıb.

Bir çox digər ulduzlar da oxşar əhvali-ruhiyyə yaşayırlar.

Qeyd edək ki, seçki zamanı Hollivud, demək olar ki, tam tərkibdə demokratlardan olan namizəd Kamala Harrisi dəstəkləyib.

Robert De Niro və Harrison Ford, Arnold Şvartsenegger və Meril Strip onun dəstəyi üçün videolar çəkiblər. Corc Kluni onun kampaniyası üçün fəal şəkildə vəsait toplayıb, Beyonse, Cennifer Lopes və digər şou-biznes ulduzları onunla mitinqlərdə çıxış ediblər.

Bəziləri, hətta seçicilərə söz veriblər: "Əgər Tramp qələbə qazansa - məni bir daha ABŞ-də görməyəcəksiniz!"

Ölkədən qaçacaqlarını aktyor Riçard Gir, aktrisa Vupi Qoldberq, müğənnilər Şer və Mayli Sayrus, repçi Snup Doq vəd ediblər.

Tom Henks kimi bəziləri həqiqətən çamadanlarını yığıb gedib. Məsələn, Riçard Gir iki il əvvəl aldığı Konnektikutdakı malikanəsini 10.75 milyon dollara satıb və həyat yoldaşının vətəni İspaniyaya köçüb.

Lakin belə nümunələr çox azdır. Məsələn, Samuel L.Cekson hələ Trampın birinci müddətində getməyi vəd etmişdi, amma hələ də Kaliforniyada yaşayır. O cümlədən "Yupiterə uçmaq" istəyən müğənni Şer, Kanadaya qaçmaq istəyən reper Snup Doq kimi bir çox ulduz heç nə olmamış kimi davranmağı qərara alıb.

Amerikalı relokantlar

ABŞ cəmiyyətində də narahatlıq artır. Demokratlar və respublikaçıların heç bir ortaq məxrəcə gələ bilmədiyi görünməmiş siyasi qütbləşmənin vətəndaş müharibəsinə çevriləcəyindən qorxan insanların sayı çoxalıb.

CNBC kanalı varlı vətəndaşların sayının kəskin artdığı barədə məlumat verib. Səbəb siyasi sarsıntılardan qorxmaqdır.

"Arton Capital" şirkətinin sorğusuna görə, ABŞ milyonerlərinin 53%-i prezident seçkisinin nəticələrindən asılı olmayaraq ölkəni tərk etməyi planlaşdırır. Onların əksəriyyəti 18-29 yaş arası milyoner gənclərdir.

Ən çox tələbat Avropayadır. Lakin bəzi varlı müştərilər üçüncü dünya müharibəsinin başlayacağından qorxur və ona görə də daha etibarlı sığınacaq axtarırlar.

"Mən bunu bir çox insanla söhbətlərdə daim eşidirəm. Birdən yeni vətəndaş müharibəsi başlayar? Ya varlılara qarşı üsyanlar başlayar? Ya da yeni dünya müharibəsi?" - deyə "LinkedIn"in qurucusu Rid Hoffman "New Yorker" jurnalına danışıb.

Onun sözlərinə görə, Silikon Vadisinin milyarderləri arasında bunker sahibi olmaq "Ferrari" sahibi olmaq qədər adiləşib.

Vadinin çoxlu milyarderi Yeni Zelandiyada torpaq alıb. Onlar inanırlar ki, gələcək dünya Armageddonu adaya çatmayacaq. Bəziləri planetin ən çətin əlçatan guşələrində, məsələn, Atakama səhrasında, ya da İsveçrə Alplarında sığınacaq tikir.

Silahlan və möhkəmlən

Vətəndaş müharibəsi qorxusu adi vətəndaşlar arasında da artır. Əlbəttə ki, onların əksəriyyəti bahalı köçü özlərinə rəva görə bilmirlər, ya da sadəcə getmək istəmirlər. Onlar silah alır, sağ qalma kurslarına yazılır və evlərini möhkəmləndirirlər.

İnsanlar silah və alətlərdən istifadə etməyi, əldə olan materiallardan sığınacaq tikməyi, kamuflajdan istifadə etməyi, kompas və xəritələrlə ərazidə istiqamətlənməyi, həmçinin ilk yardım göstərməyi öyrənirlər.

Избранный
32
1
hit.az

2Источники