RU

Serdar Ortaç ev dustaqlığına salındı, ilk açıqlama verdi

İstanbul Baş Prokurorluğu Kompüter Cinayətləri İstintaq Bürosu tərəfindən aparılan istintaq çərçivəsində Mehmet Ali Erbil, Serdar Ortaç və sosial mediada nüfuz sahibi olan 23 nəfər haqqında "qanunsuz mərc, reklam və təşviqat" ittihamı ilə həbs qərarı çıxarılıb.

Türkiyə mətbuatına istinadən xəbər verilir ki, prokurorluqdakı ifadələrinin ardından şübhəlilərin hamısı həbs tələbi ilə Növbətçi Cəza Məhkəməsinə sövq edilib. İfadəsi tamamlanan Serdar Ortaç barəsində ev dustaqlığı qərarı çıxarılıb.

"Məhkəmə nəzarəti şərti ilə azadlığa buraxıldım. Cəmiyyətə pis örnək oldumsa, Allah məni bağışlasın. Qumar bəlası hələ də başımı ağrıdır. Evimi apardı, pulumu, evliliyimi, sağlamlığımı da, məni məhkəməyə gətirdi. Daha nə qumar oynayaq? Bunu xalqa necə izah edəcəyimi bilmirəm", - Ortaç ilk açıqlamasında bildirib.

Türkiyədə məşhur müğənni Serdar Ortaç və tanınmış aparıcı Mehmet Ali Erbil də daxil olmaqla 16 şübhəlinin məhkəməyə aparılmasının görüntüləri yayılıb.

Oxu.Az-ın "İhlas Haber Ajansı"na istinadla verdiyi məlumata görə, onlar qanunsuz mərc oyunlarına təşviq iddiası ilə bağlı prokurorluğa ifadə verəcəklər.

Türkiyənin ədliyyə naziri Yılmaz Tunç da ölkədə səs-küyə səbəb olan bu hadisə ilə bağlı açıqlama verib:

"Məhkəmənin başlatdığı istintaq və bunun nəticəsində həyata keçirilən həbslər var. İstintaqa uyğun şəxslər özlərini müdafiə edəcəklər. Əgər ortada bir cinayət varsa, əlbəttə ki, buna uyğun tədbir görüləcək", - deyə o bildirib.

İstanbul Respublika Prokurorluğu qanunsuz mərc oyunlarına təşviq iddiası ilə bağlı ümumilikdə 23 nəfər barədə saxlanılma qərarı verib.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Haber Global" xəbər yayıb.

Qanunsuz mərc reklamlarında yer aldıqları iddia edilən şübhəlilər arasında müğənni Serdar Ortaç, aparıcı Mehmet Ali Erbillə yanaşı keçmiş futbolçu Batuhan Karadeniz, sosial media fenomenləri İbrahim Yılmaz, Muzaffer Zorbey Erkoçlar, Sefa Caner Sarıçam, həmçinin Rusiya və Türkiyə vətəndaşı Aleksandr Mensikovun da olduğu müəyyən edilib.

Hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən əməliyyatda şübhəlilərdən Mehmet Ali Erbil də daxil olmaqla 16 nəfər saxlanılıb. Qalan beşinin xaricdə olduğu, digər ikisinin axtarışının davam etdiyi öyrənilib.

Türkiyənin məşhur müğənnisi Serdar Ortaçın və tanınmış teleaparıcısı Mehmet Ali Erbilin saxlanılması barədə qərar verilib.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Haber Global" xəbər yayıb.

Bildirilir ki, İstanbul Respublika Baş Prokurorluğu tərəfindən qanunsuz qumar oyunlarına təşviq iddiası ilə bağlı aparılan istintaq çərçivəsində sosial media fenomenləri və bəzi tanınmış şəxslərin də daxil olduğu 20 şübhəlinin kimliyini müəyyən edib. Bundan sonra hərəkətə keçən əməliyyat qüvvələri müəyyən edilmiş ünvanlara basqın edib. Əməliyyat zamanı M.A.Erbil də daxil olmaqla ümumilikdə 15 şübhəli şəxs saxlanılıb.

Polisin digər şübhəliləri yaxalamaq üçün başlatdığı əməliyyatlar davam edir.

Mənbə: oxu.az

Избранный
32
2
oxu.az

10Источники