RU

Putin Trampın andiçmə mərasimindən əvvəl Kursk bölgəsini qaytarmaq istəyir

Rusiya diktatoru Vladimir Putin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasiminə qədər Kursk vilayətinə nəzarəti qaytarmaq istəyir.

Bu barədəThe Telegraph-ın yaydığı məlumatda deyilir.

Nəşr qeyd edir ki, Putin Kursk bölgəsini Ukrayna Silahlı Qüvvələrindən geri almaq cəhdi üçün cəbhəyə 50 min rus və Şimali Koreya əsgərini göndərib. NATO müttəfiqləri hesab edirlər ki, Rusiya diktatoru Trampın andiçmə mərasimindən əvvəl ərazini geri almağa ümid edir.

Britaniya hərbi kəşfiyyatının qiymətləndirməsinə görə, Rusiya sərhəd yaxınlığında yeni buraxılış məntəqələrindən istifadə edərək, yaxın günlərdə Ukrayna mövqelərinə kamikadze dron hücumlarını gücləndirəcək.

Oxuməni.az

Избранный
61
oxumeni.az

1Источники