RU

İranda kimin əli kimin cibindədir və ya SEPAH nə istəyir?

İranda rejimin əsas dayağı olaraq qəbul edilən SEPAH yenidən Azərbaycanı təhdid etməyə başlayıb. Tribunainfo.az xəbər verir ki, hərbi “elita” növbəti dəfə bəyanat yayıb.

Teleqram kanallarında yayılan həmin bəyanatda SEPAH-ı “narahat” edən əsas məsələ Azərbaycanın Ermənistanın silahsızlaşdırılması ilə bağlı tələbidir. Rəsmi Bakı bildirir ki, Ermənistanda revanşist qüvvələr var, onlar davamlı olaraq silahlandırılır və gələcəkdə müharibə riski həddindən artıq çoxdur. Bu səbəbdən də  gələcək müharibə riskindən qorunmaq üçün bu ölkənin silahsızlaşıdırlması lazımdır.

SEPAH isə bəyan edir ki, Azərbaycanın bu tələbinə qarşıdırlar. “İranın hərbi komandirləri və lideri həmişə açıq şəkildə xəbərdarlıq ediblər ki, əgər Azərbaycan Ermənistan və İran arasında coğrafi sərhədlərin dəyişdirilməsi istiqamətində addımlar atsa, bunun ciddi nəticələri ola bilər”.

P.S. İran müasir dünya düzənində “unikal” ölkədir. Üzdə görünən odur ki, ölkənin rəhbəri prezidentdir. Lakin bu ölkədə prezident qərar vermək səlahiyyətinə görə, heç 5-ci şəxs də hesab olunmur. Çünki İranı idarə edən dini liderdir. Ondan sonra qərar vermək səlahiyyəti ayətullahlardan təşkil olunmuş “Məclisi Xubriqan”dır. Bunun ardından SEPAH gəlir ki, onlar da rejimin əsas dayaqları və mütləq səlahiyyətlərə malikdir. Lakin qərarvermə hüququ bundan sonra da prezidentə çatmır. Arada bir də İslam Məclisi, yəni parlament var. Yalnız bundan sonra prezident nəsəedə bilər.

Bu qarışıq və labirint sistemin yaratdığı eybəcər vəziyyətdir ki, İran preizdenti Məsud Pezeşkian bir həftə öncə hökumətin iclasını keçirərək, Azərbaycanla nəqliyyat dəhlizlərinin açılması ilə bağlı işlərin tezləşdirilməsi tapşırğını verib. Bundan başqa, Tehranda səfərdə olan Azərbaycan nümayəndə heyəti ilə görüşdə ölkəmizi “qardaş” adlandıran Pezeşkian, əlaqələrin dərinləşdirilməsini vurğulayıb. Amma görünən odur ki, Pezeşkianın sözlərinə, nə SEPAH, nə molla rejimi, nə də digərləri məhəl qoymur.

İran yaxşı olar ki, öz ölkəsindəki iqtisadi böhranı aradan qaldırsın. Azərbaycanla bu qədər cəbəlləşməkdənsə, devalivasiyanın, büdcə kəsirinin, elektrik böhranının, sürətli bahalaşmanın qarşısını almağa enerji sərf etsin. Çevrəsindəki bütün ölkələrə hədə-qorxu gələmək isə ağıllı dövlətlərin deyil, qeyri-praqmatik ölkələrin sənətidir.

Избранный
49
tribunainfo.az

1Источники