RU

Elektron siqaretlərlərin təhkükəsi – Ağciyərə ciddi zərər verir

Kanadadakı McGill Universitetindən alimlərin apardığı araşdırma meyvə ətirli elektron siqaretlərin, xüsusilə böyürtkən dadlı olanların, ağciyərlərə ciddi zərər verdiyini ortaya qoyub.

Tribunainfo.az xəbər verir ki, araşdırmada, bu siqaretlərin tərkibində olan kimyəvi komponentlərin ağciyər hüceyrələrinin təbii müdafiə sistemini zəiflədərək bədənin zərərli mikrobları zərərsizləşdirməsini çətinləşdirdiyi məlum olub. Bu vəziyyətin immun hüceyrələrin fəaliyyətini pozduğu, mikroblara qarşı müdafiəni əngəllədiyi və beləliklə ağciyərlərdə müdafiə mexanizmlərinin işini ləngitdiyi müşahidə edilib.

Siçanlar üzərində aparılan testlər də bunu təsdiqləyib: böyürtkən dadlı buxarların ağciyər immun hüceyrələrini iflic etdiyi və mikroblarla mübarizə qabiliyyətlərini zəiflətdiyi görünür. Bunun nəticəsində, siçanlarda sağ qalma müddətinin azaldığı müəyyən edilib. Hazırda tədqiqatçılar, zərərli təsirlərə səbəb olan spesifik kimyəvi komponentləri dəqiq müəyyənləşdirmək üçün araşdırmalarını davam etdirirlər.

Избранный
8
2
tribunainfo.az

3Источники