RU

"Kiyevə veriləcək bu icazə intiharımız olacaq!" -Keçmiş kəşfiyyatçı

ABŞ prezidenti Cozef Baydenin müşavirləri Amerika liderinə açıq şəkildə bildiriblər ki, Ukrayna Silahlı Qüvvələrinə Qərb silahları ilə Rusiyanın dərinliklərinə zərbələr endirmək “milli intihar”a səbəb olacaq. Bu barədə keçmiş amerikalı kəşfiyyatçı Skott Ritter Lenta.ru-ya açıqlamasında bildirib.

“İnanıram ki, milli təhlükəsizlik müşavirləri və Pentaqon rəsmiləri Baydenə aydın şəkildə izah edirlər ki, Amerika və Britaniya raketlərinin Rusiya hədəflərinə qarşı istifadəsinə icazə verilməsi münaqişənin kəskin şəkildə genişlənməsi ilə nəticələnəcəkr”,- o vurğulayıb.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Избранный
24
news365.az

1Источники