Dünya bazarında Azərbaycan neftinin qiyməti ucuzlaşıb. Yeniavaz.com xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1, 64 dollar və ya 2,18 faiz azalaraq 73,72 dollar olub. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.