RU

Çin: Xüsusi əməliyyat NATO-nun genişlənməsini dəstəkləyənlər üçün dərs oldu

Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı NATO-nun genişlənməsinin avropalı tərəfdarları üçün dərs oldu. Bu barədə noyabrın 11-də “Global Times” qəzeti Çin ekspertlərinə istinadən məlumat yayıb. Xəbəri “İzvestiuya.ru” verib. 

“Xüsusi əməliyyat Avropada NATO-nun şərqə doğru genişlənməsini dəstəkləyənlər üçün bir dərsdir, çünki Rusiyanın əsas maraqlarına toxunmaq Avropanın təhlükəsizliyinə ziyan vurur”, - deyə Çin Sosial Elmlər Akademiyasının  Amerikaşünası, politoloq Lu Sian nəşrə bildirib.

Ekspert əlavə edib ki, Ukraynadakı münaqişə, ilk növbədə uzun müddət Rusiya Federasiyası ilə sabit enerji və iqtisadi tərəfdaşlıq quran Almaniya kimi ölkələrə təsir edib.

P.ƏMİRCANOV
XQ

 

Избранный
55
xalqqazeti.az

1Источники