RU

BMT-nin Baş katibi: “Qlobal temperatur artımını 1,5°C-lə məhdudlaşdırmaq üçün təcili tədbirlər görülməlidir”.

BMT-nin
“Qlobal temperatur artımını 1,5°C-lə məhdudlaşdırmaq üçün təcili tədbirlər görülməlidir”. 1news.az xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılışında bildirib.
O, ölkələri ədalətli və səmərəli karbon bazarları qurmağa, yerli icmaların hüquqlarına hörmət etməyə və yaşıl yuyulma (greenwashing) ilə mübarizə aparmağa çağırıb.
Hazırda bərpa olunan enerji mənbələrinin qlobal enerji bazarında ən ucuz mənbələrə çevrilib.
BMT Baş katibi üç prioritetə diqqət çəkib: 1) Emissiyaların 2030-cu ilə qədər 43% azaldılması, 2) Qlobal qalıq yanacaq istehsalının 30% azaldılması və bərpa olunan enerji mənbələrinin gücünün artırılması, 3) Maliyyələşdirmə sahəsində təcili tədbirlərin görülməsi.
O, inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə dəstək verməsini və iqlim maliyyələşdirməsinin vacib olduğunu vurğulayıb.

Quterreş qeyd edib ki, iqlim maliyyəsi xeyriyyəçilik deyil, bir investisiyadır və bu sahəyə investisiya edilməsə, bəşəriyyət ağır nəticələrlə üzləşəcək.

Избранный
68
1news.az

1Источники