RU

Keçmiş bələdiyyə sədrinin cəsədi tapıldı

Türkiyənin keçmiş bələdiyyə sədri Osman Nuri Civelek ölü tapılıb. 

News365.az bu barədə yerli mətbuata istinadla xəbər verir. 

Məlumata görə, Kastamonu Azdavay mahalının keçmiş bələdiyyə başqanı Osman Nuri Civelekdən xəbər ala bilməyən qohumları dünən axşam saatlarında onun itkin düşdüyünü polisə bildirib. 

Bundan sonra axtarış əməliyyatı başladılıb və araşdırma nəticəsində Civelekin avtomobili Suğla yaylasında müəyyən edilib. 

Belə ki, yaylada gölməçədə aparılan axtarış zamanı Civelekin cəsədi tapılıb. 

Qayıqla sudan çıxarılan Civelekin cənazəsi təcili tibbi yardım maşını ilə Azdavay Dövlət Xəstəxanası morquna göndərilib. 

Qeyd olunub ki, Civelekin ölüm səbəbi aparılan yarılmadan sonra müəyyənləşəcək.

Избранный
50
news365.az

1Источники