RU

İlon Maskın komitəsi Trampın seçki kampaniyasına 200 milyon dollar xərcləyib

Image

Amerikalı milyarder İlon Maskın siyasi komitəsi (America PAC) prezident seçkilərinin gedişində respublikaçı namizəd Donald Trampı dəstəkləmək üçün təxminən 200 milyon dollar xərcləyib.

“Associated Press” agentliyi yazır ki, bu, ABŞ-da “milyarderlərin seçkilərə necə təsir edə biləcəyinə dair yeni standart müəyyən edir”.

Agentliyin adının açıqlanmasını istəməyən həmsöhbəti qeyd edib ki, “America PAC” tərəfindən xərclənən vəsaitlərin böyük əksəriyyətini İlon Mask verib. Pullar əsasən nadir hallarda səs verən vətəndaşları və seçkilərdə ilk dəfə iştirak edən seçiciləri cəlb etməyə sərf olunub.

ZÜMRÜD





Избранный
39
3
baki-xeber.com

4Источники