RU

"Samos adası bir sıra böyük şəxsiyyətlərinin doğulduğu yerdir"- İbrahim Nəbioğlu yazır...

"Samoslu Aristarx eramızdan əvvəl III əsrdə yaşamış qədim yunan astronomu, riyaziyyatçısı və filosofu olmuşdur. Egey dənizinin şərqindəki Samos adasında doğulduğu, təxminən e.ə. 310-230-cu illərdə yaşadığı məlumdur."

News365.az xəbər verir ki, Jurnalist İbrahim Nəbioğlu bunu feysbuk səhifəsində qeyd edib.
Dünyanın heliosentrik sistemini ilk dəfə Aristarx təklif etmişdir. O hesab edirdi ki, ulduzlar və Günəş hərəkətsiz qalır, Yer isə Günəş ətrafında dairəvi şəkildə fırlanır, Günəş öz orbitinin mərkəzindədir. Aristarx Yerin öz oxu ətrafında fırlanmasını söyləmişdi.
Günümüzə qədər salamat qalmış “Günəşin və Ayın ölçüləri və onlara olan məsafələr haqqında” adlı traktatında Aristarx Günəş və Aya olan nisbi məsafələri hesablamaq üçün həndəsi üsul təklif etmişdi…
Bu Samos adası nə adaymış belə?
Qədim mədəniyyətin bir sıra böyük şəxsiyyətlərinin doğulduğu yerdir Samos adası.
Dünya sivilizasiyana filosoflar Samoslu Melis və Epikur, riyaziyyatçı Pifaqor, astronomlar Aristill və Aristarx kimi nəhəng insanlar vermişdir bu ada.
Избранный
35
news365.az

1Источники