RU

İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqası birgə bəyannamə yayımladı

İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının birgə fövqəladə sammitindən sonra yayımlanan bəyannamədə Qəzza zolağında atəşkəsin təmin edilməsi üçün Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasına çağırış edilib.

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ərəb və islam ölkələri liderlərinin iştirakı ilə keçirilən sammitdən sonra yayımlanan birgə bəyannamədə İsrailin beynəlxalq hüququ pozması məsələsinə toxunulub və BMT-nin bu pozuntulara qarşı qəti tədbirlər görmədiyi qeyd edilib. Bəyannamədə həmçinin, İsrailin BMT Baş Assambleyasında iştirakının dayandırılması üçün beynəlxalq dəstək toplamaq məqsədilə səylərin artırılacağı vurğulanıb.

Birgə bəyanatda İsrailin törətdiyi cinayətlərə dair müstəqil beynəlxalq araşdırma aparılması tələbi də irəli sürülüb. Eyni zamanda, bütün ölkələrə İsrailə silah tədarükünü dayandırmaları ilə bağlı çağırış edilib.

Bundan əlavə, Beynəlxalq Ədalət Məhkəməsinin qərarları xatırlanıb və bu qərarların sürətlə həyata keçirilməsi tələb olunub.



Избранный
16
1
trt.net.tr

2Источники